526) Gümüş nitrat ilə zəhərlənmədə mədə hansı məhlul ilə yuyulur?
A) 5%-li qlükoza
B) 0,5%-li tannin məhlulu
C) 0,1%-li kalium-permanqanat
D) 0,9%-li natrium-xlorid
E) 2%-li natrium-xlorid
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 556
527) 8-oksixinolin törəməsi olan nitroksolin orqanizmdən necə xaric olur?
A) Nəcis vasitəsilə
B) Süd vəzisi vasitəsilə
C) Ağciyərlər vasitəsilə
D) Tər vasitəsilə
E) Böyrəklər vasitəsilə
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 498
528) Xinolon törəmələrinə hansı dərman aiddir?
A) Nitroksolin
B) Nitroksolin(5-NOK)
C) Furasilin
D) Pipemid turşusu(Palin)
E) Nalidiks turşusu (Neviqramon)
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 496
529) Aşağıdakılardan hansı yodun xassələrinə aid deyil?
A) Antiseptikdir
B) Leykozda istifadə olunur
C) Endemik zobda işlədilir
D) Iltihab əleyhinə təsir göstərir
E) Aterosklerozda işlədilir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 440
530) Mikroorqanizmlərin sulfhidril (SH-) qrupunu blokada edən antiseptik vasitə hansıdır?
A) Furasilin
B) Sarı civə-oksidi
C) Yodun spirtli məhlulu
D) Etil spirti
E) Bor turşusu
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 446 səh 446
Dostları ilə paylaş: |