347) Pitiutrinin tərkibini göstərin?
A) Vazopressin + Qonadotropin
B) Vazopressin + Oksitosin
C) Adiurekrin + Qonadotropin
D) İntermedin + Oksitosin
E) Vazopressin + İntermedin
Pitiutrinin tərkibi vazopressin və oksitosindən ibarətdir. Vazopressin qan damarlarının tonusunu artırmaqla arterial təzyiqi yüksəldir, böyrək borucuqlarında suyun reabsorbsiyasını gücləndirir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 365
348) Miometriya nə vaxt oksitosinə qarşı həssasdır?
A) Doğuşdan sonra
B) Hamilə olmayan vaxtda
C) Doğuş aktı zamanı
D) Hamiləliyin 6-cı ayında
E) Dölün ölçüləri çanağın ölçülərindən böyük olduqda
Oksitosin doğuş zamanı uşaqlıq əzələsinin ritmik yığılmasını, doğuşdan sonrakı dövrdə isə süd ifrazını gücləndirir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 365
349) Oksitosin miometriyaya necə təsir edir?
A) Vaxtından əvvəl doğuşun qarşısını alır
B) Uşaqlığın yığılma qabiliyyətini zəiflədir
C) Miometriyanın tonusunu aşağı salır
D) Uşaqlıq boynu əzələsinin tonusunu azaldır
E) Uşaqlıq əzələsinin ritmik yığılmalarını gücləndirir, tonusunu artırır və doğuş fəaliyyətini gücləndirir
Oksitosin doğuş fəaliyyətini gücləndirmək və doğuşdan sonrakı hipotonik, uşaqlıq qanaxmalarını dayandırmaq üçün istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 325
Dostları ilə paylaş: |