351) Dəmir çatışmazlığı anemiyalarında istifadə edilən preparat hansıdır?
A) Fol turşusu (Vitamin BC)
B) Natrium nukleinat
C) Koamid
D) Sianokobalamin (Vitamin B2)
E) Pentoksil
Dəmir çatışmamazlığı anemiyaları eritrositlərin tərkibində hemoqlobinin azalması ilə müşahidə olunur. Müalicə üçün dəmir və kobalt preparatlarından istifadə edilir. Bunlara ferrum-lek, ferropleks, koamid, ferroven və s. aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 334
352) Hiperxrom anemiyaların müalicəsində istifadə edilən preparat hansıdır?
A) Ferropleks
B) Pentoksil
C) Ferkoven
D) Koamid
E) Sianokobalamin (Vitamin B12)
Hiperxrom anemiyaların inkişaf mexanizmdə sianokobalaminin (B12 vit.) və fol turşusunun çatışmaması həlledici rol oynayır.Ona görə bu anemiyaları B12 (və ya fol turşusu)çatişmazlığı anemiyaları da adlandırırlar.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 335
Dostları ilə paylaş: |