847) Bu maddələrdən hansı suda asan həll olur?
A) Natrium bromid
B) Analgin
C) Bor turşusu
D) Streptosid
E) Anestezin
X DF göstərişinə əsasən natrium bromid suda asan həll olan maddədir.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 79
848) Büret sistemi üçün kalsium xlorid məhlulu hansı nisbətdə hazırlanır?
A) 1:2
B) 1:5
C) 1:10
D) 1:20
E) 1:25
Büret sistemi üçün konsentratların hazırlanmasına əsasən kalsium xlorid məhlulu 1:2 hazırlanır (50%-li)
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səh 79
849) Kollarqolun tərkibində neçə faiz gümüş var?
A) 10%
B) 8,9%
C) 20%
D) 70%
E) 50%
X DF göstərişinə əsasən kollarqolun tərkibində 70 faiz gümüş vardır.
IX DF səh 127 Mockba 1961
850) Məhlulun qatılığı 5% və 5%-dən yuxarı olduqda hansı əmsal nəzərə alınmalıdır?
A) Həcm artma əmsalı
B) İzotonik əmsal
C) Su udma əmsalı
D) Kristallaşma suyu
E) Əhəmiyyəti yoxdur
Quru maddələri suda həll etdikdə məhlulun həcmi artdığı üçün həcm artma əmsalı
qəbul edilib.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 84
Dostları ilə paylaş: |