855) Yüksək hidrofobluq xassəsi olmayan maddə hansıdır?
Rp: Extr.Belladonnae 0,015
Maqnezii oxydi
Terpini hydrati aa 2,0
Benzonaphtholi 0,5
Themisali 4,0
Qlucosae 5,0
Aquae destillatae 150 ml
M .D.S. xörək qaşığı ilə gündə 3 dəfə
A) Qlükoza
B) Xanımotu ekstraktı
C) Terpin hidrat
D) Maqnezium- oksid
E) Benzonaftol
Ədəbiyyata əsasən maqnezium oksid su ilə yaxşı islanır və hidrofil maddəyə aiddir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 111
856) Kalium-permanqanat məhlulu ən çox hansı nisbətdə hazırlanır?
A) 1:400
B) 1:100
C) 1:200
D) 1:1000
E) 1:50
Kalium-permanqanat tez oksidləşən dərman maddəsidir. Ən çox 1:400 məhlulu hazırlanır.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı 2005 114
Dostları ilə paylaş: |