648) Hansı dərman bitkilərindən sulu çıxarışlar 1:30 nisbətində hazırlanır?
A) Termopsis otu, nanə yarpağı
B) Xoruzqulu otu, pişikotu kökü
C) Üskük otu yarpağı, cökə çiçəyi
D) Solmaz çiçəyi otu, çobanyastığı çiçəyi
E) Palıd qabığı, gülxətmi kökü
Ədəbiyyat: Ə.İ.İsmayılov “Dərman formalarının texnologiyası” Bakı;1989
649) Aptek şəraitində inyeksiya məhlulları hansı üsulla hazırlanır?
A) Spirt əlavə etməklə
B) Suda qızdırmaqla
C) Çəki-həcm
D) Çəki-çəki
E) Həcm-həcm
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri Bakı;2005
650) Hansı maddə Ringer məhlulunun tərkibinə daxil deyil?
A) Natrium xlorid
B) Natrium hidrokarbonat
C) Kalsium xlorid
D) Qlükoza
E) Kalium xlorid
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri Bakı;2005
651) İnyeksiya məhlullarını sterilizə etdikdə flakonun üzərində üç künc yarlıq olarsa, deməli məhlulun tərkibində hansı dərman maddəsi var?
A) Zəhərli
B) Güclü təsiredici
C) Adi təsirli
D) Rəngləyici
E) Oksidləşən
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri Bakı;2005
Dostları ilə paylaş: |