52) Anestezin cərrahiyyə təcrübəsində niyə istifadə olunmur?
A) Suda yaxşı həll olduğuna görə
B) Efirdə yaxşı həll olduğuna görə
C) Yağda yaxşı həll olduğuna görə
D) Spirtdə yaxşı həll olduğuna görə
E) Suda pis həll olduğuna görə
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
53) Yerli anesteziyanın bütün növlərində istifadə olunan dərman hansıdır?
A) Lidokain
B) Novokain
C) Benzokain
D) Sovkain
E) Trimekain
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
54) Büzüşdürücü maddələrin təsir mexanizmi necədir?
A) Qan damarlarını genişləndirir
B) Zülalları hidroliz edir
C) Zülalı pıxtalaşdırır
D) Qanı laxtalandırır
E) Zülalları dehidratasiyaya uğradır
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
55) Alkaloidlərlə zəhərlənmə zamanı tanninin neçə % li məhlulundan istifadə edilir?
A) 10%-li
B) 4%-li
C) 5%-li
D) 2%-li
E) 0,5 %-li
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
Dostları ilə paylaş: |