Ədəbiyyat siyahisi


Bədii ədəbiyyatın əyani təbliğinin gеniş yayılmış növlərindən biri də kitabхana plakatlarıdır



Yüklə 68,25 Kb.
səhifə11/36
tarix25.12.2016
ölçüsü68,25 Kb.
#3076
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
Bədii ədəbiyyatın əyani təbliğinin gеniş yayılmış növlərindən biri də kitabхana plakatlarıdır.

şəхsiyyət”, “Xalqa bəxş edilmiş ömür”, “Heydər Əliyev. Dünyaya pəncərə”, “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” və s. başlıqlarda), “Bunları unutmaq оlmaz”, “Qan yaddaşımız”, “Əsir tоrpaqlarımız bizi gözləyir”, “Əsrin dahisi, sənətin fədaisi”, “Milli Qəhrəmanlarımız” və s. başlıqlar altında guşələr, işğal altında оlan rayоnlarımızın adı, işğal tariхi diqqəti çəkən şəkildə yazılıb asılmalıdır. Görkəmli şəхsiyyətlərin şəkilləri, оnların ibrətamiz kəlamlarından ibarət sitatların yazılıb divardan asılması da məqsədəuyğun оlardı.

Kitabxanaçı il ərzində həyata keçiriləcək kütləvi tədbirin adını, tədbirin nə vaxt keçirilməsini illik planda əks etdirməlidir. Plan əlamətdar günlər, təqvimdə göstərilən yubileylər, ikigünlük seminar planları əsasında dəqiqləşdirilməlidir. Kütləvi tədbirlər müxtəlif şifahi, əyani, yazılı planlaşdırılır. Şifahi tədbirlər isə əsasən oxucu konfransı, görüşlər, ədəbi – bədii gecə, biblioqrafik kitab icmalları, sual - cavab gecələri, söhbətlər və s. ibarətdir. Əyani tədbirlərə isə sərgilər, guşələr, stendlər, kitabxana plakatı, kataloqlar və s daxildir. Yazılı təbliğat formalarına isə kartotekalar, biblioqrafik tövsiyə siyahıları, ədəbiyyat göstəriciləri daxildir. Yəqinki, hər hansı kütləvi tədbirin səmərəli təşkili isə kitabxanaçıların yaradıcılıq bacarığından daha çox asılıdır

Tədbirlərin əsas məqsədi bədii irsin ana xəttini oxuculara çatdırmaqdan ibarətdir. Belə tədbirlər sayəsində oxucular respublikamızda baş verən hadisələr və respublikamızın görkəmli ictimai, elmi – mədəniyyət xadimləri haqqında düzgün məlumat almış olurlar. Kitabxanalarda keçirilən ən iri həcmli tədbirlərdən biri oxucu konfranslarıdır.



Oxucu konfransı. Bu geniş kütləvi tədbir formalarından biridir. İlk əvvəl qeyd edək ki, oxucu konfransı, görüş, ədəbi bədii gecə, sual – cavab gecələri və sairə bu kimi geniş kütləvi tədbirlərə hazırlıq zamanı kitabxanaçı kitabxananın şura üzvüləri ilə razılığa gələrək yuxarıda adı çəkilən tədbirlərin təşkilinə aid əvvəlcədən ayrıca proqram təşkil etməlidir. Kitabxanaçı proqramda keçiriləcək tədbirin adını, giriş sözü və eləcə də çıxış edəcək başqa şəxslərin adını göstərməlidir. Bütün bunlarla yanaşı tədbirin harada nə vaxt keçiriləcəyi də qeyd edilməlidir. Kitabxanaçı ilk növbədə aktual mövzuları nəzərdən qaçırmamalıdır.

Kitabxanaçı oxucu konfransının maraqlı və səmərəli keçməsi üçün məruzə və çıxışlara ziyalıları cəlb etməlidir

Oxucu konfransının gedişatı haqqında protokol yazılmalıdır.Hər hansı kitab müzakirəsi də oxucu konfransı formasında təşkil olunur. Müzakirənin sonunda çıxışların nəticəsi əsasında ümumi qərar qəbul edilir

Belə tədbirlərin təşkilində məktəb şagirdlərinin iştirakına şərait yaratmaq çox vacibdir.Bütün bu cür tədbirlər kitabxanalarda oxucuların və kitab verilişinin çoxalmasına xidmət edir. Uşaq və gənclər kitabxanaları tərəfindən şagirdlərin tədbirlərə cəlb edilməsində əsas amil onların asudə vaxtının düzgün təşkil edilməsinə, mütaliənin düzgün istiqamətləndirilməsinə, oxucu marağının öyrənilməsinə və həmçinin görkəmli şəxsin irsindən faydalanmasına kömək edəcəkdir.



Yüklə 68,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin