E.ə. IV əsrin sonu—III əsrin əvvəllərində Azərbaycanın şimalı və indiki Dağıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan dövləti Albaniya dövləti təşəkkül tapmışdı. Albaniya şimalda Sarmatiya qərbdə İberiya, cənub-qərbdə Ərməniyyə, cənubda isə Atrapotena ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasının, Ermənistan və Gürcüstan respublikasının isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə oldu. Herodot, Pompey, Ptolomey, Strabon, Troq, Yuli Solin, Arrian və b. Albaniya əhalisinin etnik cəhətdən rəngarəng olduğunu qeyd etmişlər. “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskunlaşmışdılar. Hazirda antik Albaniya əhalisinin etnik və dil mənsubiyyəti ətrafındakı elmi araşdırmalar onu göstərir ki, bu ölkənin qədim əhalisi etnik və dil baxımından müxtəlif olsa da, onların içərisində türk dillərində danışanlar aparıcı rol oynamışlar. Onlarla yanaşı Albaniyada həm Qafqaz, həm də İran mənşəli dillərdə danışan tayfalar da yaşamışlar. Bəzi alban adının hələlik izahsız qaldığını iddia etsələr də Azərbaycan türkmən, qazax və b. türk dillərində “alban”. “alpan” adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Kökləri qədim türk dilindəki alp-alb sözünə söykənən Albaniya “igidlər, cəsurlar, ərənlər ölkəsi” mənasını verir. Albaniyanın mərkəzi, xüsusən də Aran rayonları əsasən türk etnoslarının, Dağıstana yaxın rayonları isə Qafqaz-İberdilli tayfaların məskəni olmuşdur. Çoxdillilik əsasən sonuncu bölgəyə xas xüsusiyyət idi. Albaniya ərazisində ilkin tayfa ittifaqları hələ e.ə. II miniliyin sonu-I miniliyin başlanığıcında meydana çıxmışdır. E.ə. VI-IV əsrlərdə Əhəmənilər təsir dairəsinə düşmüş Albaniyada artıq e.ə. IV əsrin sonlarından etibarən dövlətin bəzi əlamətləri açıqca seçilirdi. Məsələn, məlumdur ki, cəsur alban, kaspi və sakasenlərdən ibarət qoşunlar Qavqamela döyüşündə III Daranın ətrafındakı mövqelərin bu hissələrə etibar olunması onların yüksək hərbi keyfiyyətlərindən xəbər verirdi.Bəzi antik müəlliflər Albaniya adını İskəndərin işğal etdiyi ölkələr sırasında çəksələr də, bu Makedoniya hökmdarının vəfatından sonra Albaniya artıq müstəqil dövlət kimi fəaliyyət göstərməyə başlamışlar. Görünür ki, ayrı-ayrı xırda vilayət başçılarının mərkəzi hakimyyətə tabe olunması prosesi hələ Əhəmənilər dövründə başlamış və İskəndərin dövründə başa çatmışdır. Albaniya artıq e.ə. I əsrdə Şərqi Anadoluda, Van gölü hövzəsində müvcud olan Ərməniyə adlı kiçik dövlətin hücumlarına məruz qalmışdır. Balkanlardan köçüb gəlmiş ermənilər öz torpaqlarını Atropatena, İberiya və Albaniya ərazilərilə təcavüzkarlıq yolu ilə genişləndirməyə cəhd edirdilər. Göyçə gölünün hövzəsindəki Albaniya çarlıqları, Kaspiana, indiki Naxçıvan bölgələri və b. torpaqlarımız tez-tez erməni istilalarına məruz qalırdı.I Artaşes (e.ə. 189-160) və II Tiqran (e.ə. 95-55) kimi erməni çarlarının qısa müddətli işğallarına əsaslanan bir sıra orta əsrlər va çağdaş erməni müəllifləri dünya tarixşünaslığına “Dənizlərdən dənizlərə uzanan böyük Ermənistan” əfsanəsini yerləşdirməyə, qonşu xalqların, ilk növbədə Azərbaycan türklərinin əzəl torpaqlarını erməni çarlıqları elan etməyə başlamışdılar. Onların bəziləri Qafqaz Albaniyasını Kürün ancaq sol sahilində yerləşdirir, Sağsahil Albaniyasını isə Ermənistanın “Şərq torpaqları”, Ermənistanın “Ağvan qismi” adlandırırlar. Lakin istər antik yazılı tarixi qaynaqlar, istərsə də linqvistik, etnoqrafik, toponomik və s. materiallar sübut edir ki, tarixi Qafqaz Albaniyası Kürün hər iki sahilini, indiki Azərbaycan Respublikasını, Ermənistan, Gürcüstan və Dağıstan respublikalarının bir hissəsini əhatə etmişdir.Romalılar Albaniyanı işğal etmək niyyətindən əl çəkmirdilər. Artıq yuxarıda qeyd edildiyi kimi, II Pont hökmdarı VI Mitridat Yevpator və onun müttəfiqi II Tiqranın Roma imperiyasının Kiçik Asiya mülklərinə həmlələri onların özü üçün acı nəticələrə gətirib çıxarırdı. VI Mitridatı darmadağın edən, II Tiqranı əzən Lusi Lisini Lukullun bəzi qətiyyəsiz addımlarından sonra Roma senatı onun yerinə Qney Pompeyi şərq əyalətlərinin canişini təyin etdi. E.ə 66-cı ildı Pompeyin başçılığı ilə II Tiqranı yenidən diz çökdürən romalılar elə həmin il VI Mitridatı izləyərək Cənubi Qafqaza yeridirlər. İlk Alban hökmdarı Oroys Kür sahilində 40 minlik ordu ilə romalılara hücüm etdi. Oroys hücum üçün yaxşı vaxt seçsə də qəfil hücüm alınmadı. Vaxtında hüümdan xəbər tutmuş Pompey döyüşü uddu və Oroysu müqavilə bağlamağa vadar etdi. Pompey bundan sonra İberiyaya üz tutsa da albanlar ona rahatlıq vermir, romalılar tələfata məruz qoyur, qiyamlar qaldırırdılar. Qəzəblənmiş Pompey geriyə qayıdaraq Kürü keçdi və e.ə. 65-ci ilin əvvəllərində Alazan sahilində Oroysun qardaşı Kozisin başçılıq etdiyi 72 min nəfərlik alban qoşunu ilə üz-üzə gəldi. Roma sərkədəsi hərbi hiylə işlədərək albanları tələyə saldı. Qanlı döyüşün gedişində Kozis qılıncı ilə özünə yol açaraq Pompeyin dayandığı düşərgəyə soxulub azman Roma sərkərdəsini nizə ilə vurdu. Pompey isə nizə zərbəsi ilə Kozisi ölümcül yaraladı. Alban qadınlarının da iştirak etdikləri bu döyüş də romalıların qələbəsi ilə bitdi. Dağlara çəkilən Oroys yenidən Pompeylə sülh bağlamalı oldu. Lakin albanların sonrakı müqaviməti Pompeyə Xəzər sahillərinə çıxmağa imkan vermədi. Roma sərkərdəsi Antoninin məşhur (e.ə. 36-cı il) ekspediyası zamanı Ərməniyyəni tutmuş romalılar sərkərdə Kanidi Krassın başçılığı ilə Albaniyaya da soxulmuşdular. Onlar albanlara qalib gəlmiş və alban hökmdarı Zoberi özlərinə tabe olmağa məcbur etmişdilər. Eramızın I-II əsrlərində Albaniyanın tarixi haqqında məlumatlarımız azdır. Roma, Parfiya və b. qonşunların tez-tezAlbaniyaya yürüşlərinə baxmayaraq, albanlar öz müstəqilliklərini qoruyub saxlaya bilirdilər. Eramızın 80-90-cı illərində romalılar Xəzər sahillərinədək gəlib çıxsalar da burada möhkəmlənə bilməmişlər. Məşhur Roma imperatoru Trayanın (96-117) şərq yürüşü zamanı ərazisinin toxunulmazlığını qoruyub saxlamış albanlarla imperator Adrian (117-138) da dostluq əlaqələri saxlamışdır. Bəzi məlumatlara görə, 20-ci illərdən Albaniyada taxta Arşakilərin nümayəndələri çıxmışdılar. Alban Arşakiləri də ölkənin müstəqiliyyini qoruyub saxlamağa nail omuşdular. E.ə. II minilliyin sonu-I minilliyin əvvələrində Azərbaycanın şimal hissəsində sosial, mülki və sinfli bərabərsizliyin yaranması, sinifli cəmiyyətin formalaşması prosesi başlamışdır. E.ə. I minilliyin ortaları və II yarısında Midya və Əhəməni imperiyaları ilə yaxın qonşuluq, sıx ünsiyyət quldarlıq münasibətlərinin Albaniyanın sosial-iqtisadi və ictiani-siyasi həyatına təsir göstərilməsinə gətirib çıxarmaya bilməzdi. Belə yaxın qonşuluq əlaqələri, habelə arxeoloji materiallar sübut edir ki, Albaniyanın quldarlıqdan yan keçərək ibtidai icma qurluşunda birbaşa feodalizmə adlaması barəsində mövcud mülahizələrin əsası yoxdur.Sosial-iqtisadi inkişafına görə qonşularından heç də geridə qalmayan Albaniyada Günəş, Ay və b. anlamlara sitayiş olunurdu. Ölkənin qərbində Ay ilahəsinin şərəfinə ucaldılmış məbədin baş kahini ölkədə hökmdardan sonra ən nüfuzlu şəxs sayılırdı.