60
BELƏ TƏNHA OLMAMIŞAM
Kədər qəlbimə çəkilir,
İçim içimdən sökülür.
Gözümdən
qan-yaş tökülür,
Belə tənha olmamışam.
Ümidim bir qədər miskin,
Həqiqət bir qədər kəskin,
Taledən
bir qədər küskün,-
Belə tənha olmamışam.
Kim dərdimi bilə bilər,
Bilibən də bölə bilər?
Gözyaşımı silə bilər, –
Belə tənha olmamışam.
Ürəyimdə arzu sönük,-
Kimə səmtik, kimə yönük?
Bu taleymiş üzü dönük...
Belə tənha olmamışam.
1990.
Dostları ilə paylaş: