"PREZİDENTİN ÜRƏYİ"
poemasından
İnsan öz ürəyinə
Hər bir dərdi salarmış.
Yumruq boyda ürəkdə
Nə qədər sirr olarmış...
Həkimlər özlərini
Yandırdılar, yaxdılar.
Həkimlər bu ürəyə
Düz beş saat baxdılar.
Beş saat əl içində
Ürək... asandı sanma.
Düz beş saat baxdılar
Al qanı dama-dama.
Hiss etdilər özləri...
Hər bir həkim öyünür.
Gördülər bu ürəkdə
Azərbaycan döyünür.
85
Vətən ilə öyünən
Ürək heç vaxt qocalmaz!
Vətənlə yaşamayan
Bu zirvəyə ucalmaz!..
03.07.1999.
YERİ, KARVANIM
Bənd olma köpək hürür...
Yeri, karvanım, yeri.
Sürü deyil, tək hürür,
Yeri, karvanım, yeri.
Gül fikirlər beynində,
Göy səmalar əynində.
Dünya sənin çiynində,
Yeri, karvanım, yeri.
Keçmişsiz – indi yoxdur,
Qalxmaq var, endi yoxdur.
Öldü var, döndü yoxdur,
Yeri, karvanım, yeri.
Girdin ər döyüşünə,
Səndən yer-göy üşünə.
Geri baxma, töyşümə,
Yeri, karvanım, yeri.
86
Bu yollar şaxta, bürkü,
Başında mərdlik börkü.
Yükün – kişilik yükü,
Yeri, karvanım, yeri.
Ətrafın qaratikan,
Köksün didik-didik qan.
Yolundan sapmadan,
Yeri, karvanım, yeri.
Haqq sözün qızıl xəncər,
Daşdan, dəmirdən keçər.
İt hürər, karvan keçər,
Yeri, karvanım, yeri.
1988.
Dostları ilə paylaş: |