132
QULAQ AS, BALA
Dünya
duyğu yeri, nəşə yeridir,
gəncliyi qəflətdə yatmazlar, bala.
İnsanda
çox şey var zinətdən baha,
hər pula gedəni satmazlar, bala.
Həyatda
hər şeyin əks üzü var,
yaxşının pisi var, kəcin düzü var.
Əməl tarazlanır,
geci-tezi var,
nahaqdan günaha batmazlar, bala.
Qocalar evinə ayaq
bas bir gün,
bənizlər kədərli, baxışlar küskün.
Can qurban edərlər valideyn üçün,
atanı, ananı atmazlar, bala.
Baxma ki, özündən razıdır hər kəs,
hamıya
sağlam ruh, bədən verilməz.
Milyon nataraza bir ağıllı bəs,
səni çaşdırmasın, qoy azlar bala.
Axdıqca ciblərə bu xalqın varı,
unutduq vədləri, əhdi, ilqarı.
Söz vermək ayrıdır, iş görmək ayrı,
yenə fənd axtarır işbazlar, bala.
133
Biz kimdən öyrənək mədəniyyəti,
böyüklər nəfsi ac, mədə niyyətli.
Hələ azdır bizdə kişi qeyrəti,
hələ ürəyimiz sızıldar, bala.
20.03.2002
Dostları ilə paylaş: