Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə48/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   44   45   46   47   48   49   50   51   ...   111
"PREZİDENTİN ÜRƏYİ" 
poemasından 
         
İnsan öz ürəyinə 
Hər bir dərdi salarmış. 
Yumruq boyda ürəkdə 
Nə qədər sirr olarmış... 
         
Həkimlər özlərini 
Yandırdılar, yaxdılar. 
Həkimlər bu ürəyə 
Düz beş saat baxdılar. 
   
Beş saat əl içində 
Ürək... asandı sanma. 
Düz beş saat baxdılar 
Al qanı dama-dama. 
   
Hiss etdilər özləri... 
Hər bir həkim öyünür. 
Gördülər bu ürəkdə   
Azərbaycan döyünür. 


85 
 
Vətən ilə öyünən 
Ürək heç vaxt qocalmaz! 
Vətənlə yaşamayan 
Bu zirvəyə ucalmaz!.. 
   
03.07.1999. 
   
YERİ, KARVANIM 
   
Bənd olma köpək hürür... 
Yeri, karvanım, yeri. 
Sürü deyil, tək hürür, 
Yeri, karvanım, yeri. 
   
Gül fikirlər beynində, 
Göy səmalar əynində. 
Dünya sənin çiynində, 
Yeri, karvanım, yeri. 
   
Keçmişsiz – indi yoxdur,   
Qalxmaq var, endi yoxdur. 
Öldü var, döndü yoxdur, 
Yeri, karvanım, yeri. 
   
Girdin ər döyüşünə, 
Səndən yer-göy üşünə. 
Geri baxma, töyşümə, 
Yeri, karvanım, yeri. 


86 
 
Bu yollar şaxta, bürkü, 
Başında mərdlik börkü. 
Yükün – kişilik yükü, 
Yeri, karvanım, yeri. 
   
Ətrafın qaratikan, 
Köksün didik-didik qan. 
Yolundan sapmadan, 
Yeri, karvanım, yeri. 
   
Haqq sözün qızıl xəncər, 
Daşdan, dəmirdən keçər. 
İt hürər, karvan keçər, 
Yeri, karvanım, yeri. 
   
1988. 
   

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin