Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə49/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   45   46   47   48   49   50   51   52   ...   111
LƏNKƏRANDA AZMIŞAM 
   
Çoxmilyonlu şəhərləri 
gözüyumulu gəzmişəm. 
Bir bələdçi 
xəritə qatı açmamışam. 
Volqa boyu 
xiyabanlar axarında üzmüşəm, 
azmamışam. 
Günorta, 
başım üstdən asılı günəş, 


87 
 
Lənkəranda azmışam. 
Küçələr 
yaşıl asma xalılı, 
Yollar 
yaşıl gəbə salıqlı. 
Hər tinində qurulu, 
Neçə cür naxış vurulu 
hana çıxır qarşıma. 
Azmışam Lənkəranda, – 
Dolanmışam 
gözəlliyin başına. 
 
   
       
MƏNİ DÖYÜŞƏ BURAX   
(İxtisarla) 
         
Məni döyüşə burax, 
Döyüş düşüb könlümə. 
Məni döyüşə burax, 
Qalib gəlim ölümə. 
       
Məni döyüşə burax, 
Könlümə döyüş düşüb. 
Son qoymaqçün xalqımın 
Ələminə qəminə. 
Könlümə döyüş düşüb, 
Qarı düşmən üstündə   
İlk qələbə naminə, 
Son qələbə naminə. 


88 
 
Əsir düşmüş pələnglər 
Kirs dağında bağırır. 
Burax qarı düşmənlə 
Burax, döş-döşə məni. 
Məni Şuşa çağırır, 
Məni Ağdam çağırır, 
Burax döyüşə məni. 
   
Şimşəyəm, şimşək kimi 
yanıb çaxa bilərəm. 
Əsir düşmüş qayaya, 
daşa baxa bilərəm. 
   
Day dözə bilməyirəm 
Zəmanənin bu haqsız 
Ədalətsiz hökmünə, 
ədalətsiz səbrinə. 
Day dözə bilməyirəm 
Babamın tapdaq altda 
qalan əsir qəbrinə. 
   
Məni torpaq çağırır, 
Məni əsir torpaqda 
bitən çiçək çağırır. 
Məni yarpaq çağırır, 
Yad əlində titrəyən 
əsən ləçək çağırır. 
   


89 
 
Təhqir altda inləyir 
məğrur dağlar, dərələr. 
Mənə tənə eləyir, 
Ulu torpaqlar altda 
Gumuldayan haraylar, 
Gumuldayan nərələr. 
   
Burax döyüşə məni, 
Döyüş düşüb könlümə. 
Burax döyüşə məni, 
Qalib gəlim yağıya, – 
Qalib gəlim yağıya. 
  2002. 
 
 
 


90 
 
RAMİZ MÖVSÜM 
(1940) 
 
  Ramiz  Mövsüm  (Əliyev 
Ramiz  Mövsüm  oğlu,  həkim, 
şair) 27 mart 1940-ci ildə Azər-
baycanın  Ağdam  şəhərində 
anadan  olmuşdur.  Doğma  şə-
hərdə orta məktəbi bitirdikdən 
sonra  əmək  fəaliyyətinə  başla-
mışdır.  Sonra  N.  Nərimanov 
adına  Azərbaycan  Dövlət  Tibb 
İnstitutunun  müalicə-profilaktika  fakültəsində  təhsil 
almışdır  (1961-1966).  Həkimlik  fəaliyyətinə  Ağdam 
Rayon  Mərkəzi  Xəstəxanasında  başlamışdır.  Ramiz 
Mövsüm 1957-ci ildə dövri mətbuatda vaxtaşırı çıxış 
edir. 
  1986-cı ildə AYB-nin üzvüdür. 
“Fidan”,  “Ömrümün  gündüzündə”,  “Anam, 
atam”, “Günay”, “Balaca Elşadın dostları” və s. kitab-
ların müəllifidir. 
   
* * * 
Sıxılıram fikirlərin məngənəsində, 
Yığılıb açılır ürək yay kimi. 
Bir ittiham hədəsi var vicdan səsində, 
Çəkir göz özünə əməllərimi! 
   


91 
 
Yaxşı işim mənim üçün baş ucalığı, 
Pis işim xəcalət, töhmət payımdır. 
Nəyə görə həqiqəti gizlədim axı, 
Haqqı car eyləyən hay-harayımdır! 
   
Kimlərinsə bostanına daş atmışamsa, 
Elə bil köksümə daş tıxanıbdır. 
Bir xəstənin imdadına tez çatmışamsa, 
Zülmət ürəyinin şamı yanıbdır!.. 
   
Çox uzağam iblislərin fitnə-felindən, 
Riya diz üstədir, haqq isə qalib! 
Sənə kimsə əl açarsa, yapış əlindən, 
Deyirlər: əl tutmaq Əlidən qalıb!.. 
   
Zəhmətimin bəhrəsidir puçurlanan tər, 
Kündə qabarlardır dövlətim, varım. 
Əyri işlər əyrilərin əlindən gələr, 
Düz kəsər əyrini, düzdür meyarım!.. 
   
  24 iyul 2008. 
  Quba, Təngəaltı. Afurca kəndi 
   

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin