radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid bu Qanunda və digər normativ
hüquqi aktlarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və
təlimatlara əməl edilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin planlaşdırılıb
həyata keçirilməsi;
ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat,
texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün
radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması;
radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində,
həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin
təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata
keçirilməsi;
işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu;
istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya
müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin
attestasiyasının keçirilməsi;
işçilərin ilkin (işə qəbul olunarkən) və dövri (müntəzəm) tibbi müayinələrdən
keçirilməsi;
işçilərin (personalın) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi
və onların aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat
verilməsi;
radiasiya təhlükəsizliyi sahəsində
müvafiq icra hakimiyyəti orqanlarına
radiasiya
təhlükəsizliyi üçün qorxu yaradan qəza şəraiti və texnoloji reqlament pozuntuları
haqqında vaxtında məlumat verilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində
müvafiq icra hakimiyyəti
orqanlarının
qərar və sərəncamlarının, onların səlahiyyətli nümayəndələrinin
müvafiq göstərişlərinin yerinə yetirilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının həyata
keçirilməsinin təmin edilməsi;
radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik
texnikası qaydaları ilə tanış edilməsi.
Dostları ilə paylaş: