əhali üçün orta illik yol verilən doza 0,001 zivertə bərabərdir və ya insanın bütün
həyatı dövründə (70 il) yol verilən doza 0,07 zivert (zv) qəbul olunur. Ardıcıl beş
il ərzində orta illik yolverilən doza 0,001 zivertdən artıq olmamalıdır;
radiasiya qurğularında işləyənlər üçün yol verilən orta illik doza 0,02 zivertə və
ya həyatının müəyyən fəaliyyəti dövründə (50 il) yol verilən doza 1 zivertə
bərabər götürülür. Əgər ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,02
zivertdən
böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik yol verilən
doza 0,05 zivertə çata bilər.
Bu Qanunla müəyyən olunmuş yol verilən şüalanma dozasının həddinə təbii radiasiya
fonunun və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonunun yaratdığı dozalar,
habelə
vətəndaşların (xəstələrin) diaqnostika və müalicəsi zamanı rentgen-radioloji və digər
mənbələrdən aldıqları dozalar daxil deyil. Şüalanma dozalarının qəbul olunmuş hədləri
insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya məruz qalması zamanı yol
verilə bilən dozaların müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilə bilər.
Radiasiya qəzası şəraitində məhdud zaman intervalında sanitariya-gigiyena norma və
qaydaları ilə müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilə bilər.
Əhali şüalanmaya məruz qaldıqda bu maddədə müəyyənləşdirilmiş şüalanmanın əsas
gigiyena normativləri (dozanın yol verilə bilən həddi) ölkənin
müxtəlif əraziləri üçün
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən konkret sanitariya-gigiyena və ekoloji
şəraitin, əhalinin sağlamlıq vəziyyətini, ətraf mühitin başqa amillərinin insana təsir
səviyyəsini nəzərə almaqla azaldıla bilər.
Radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri ilə iş vaxtı radioaktiv
şüalanmadan mühafizə üzrə texniki təhlükəsizlik haqqında
təlimat qanunvericilikdə
müəyyən olunmuş qaydada
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Radiasiya təhlükəsizliyi məsələləri üzrə dövlət standartları, tikinti norma və qaydaları,
əməyin mühafizəsi qaydaları, sərəncam, təlimat metodiki və digər
sənədlər səlahiyyətli
dövlət orqanları tərəfindən təsdiq edilir.
Dostları ilə paylaş: