Madd ə 6. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində yerli özünüidarə orqanlarının səlahiyyət və vəzifələri Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində yerli özünüidarə orqanlarının
səlahiyyət və vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə
müəyyən edilir.
III f əsil. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sah əsində dövlət idarəetməsi və nəzarəti Madd ə 7. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idar əetməsi və nəzarəti Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsini və nəzarətini
öz səlahiyyətləri çərçivəsində
müvafiq icra hakimiyyəti orqanları
həyata keçirirlər.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsini və nəzarətini
həyata keçirən
müvafiq icra hakimiyyəti orqanlarının
fəaliyyəti qanunvericiliklə
tənzimlənir.
Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə radioaktiv məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırıla bilər. Madd ə 8. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət proqramları Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri həyata keçirmək üçün
dövlət proqramları, o cümlədən ərazi (regional) proqramlar hazırlanır.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət proqramların yerinə
yetirilməsi tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə
nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
Madd