II f əsil. Radiasiya təhlükəsizliyinin təmin olunması sah əsində dövlət və yerli özünüidarə orqanlarının s əlahiyyətləri Madd ə 5. Radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət orqanlarının səlahiyyətləri Radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət orqanlarının səlahiyyətləri
aşağıdakılardır:
dövlət siyasətinin müəyyənləşdirilməsi və onun həyata keçirilməsi;
müvafiq qanunvericilik aktlarının, digər normativ hüquqi aktların işlənib
hazırlanması, qəbul edilməsi və onlara əməl olunmasına nəzarət;
dövlət proqramının hazırlanması və həyata keçirilməsi;
radiasiya təsiri nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyə bilən zərərin
yüksək riski ilə əlaqədar kompensasiyanın növləri və miqdarının təyin olunma
qaydalarının müəyyənləşdirilməsi;
radiasiya qəzası baş vermə təhlükəsi yaranarsa, çevik tədbirlərin təşkili və həyata
keçirilməsi;
radiasiya qəzası nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyən zərərin
ödənilməsi qaydasının müəyyənləşdirilməsi;
əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən şüalanma
dozasının uçotu və ona nəzarət sahəsində vahid dövlət idarəetmə sisteminin
yaradılması və onun fəaliyyətinin təmin olunması;
radiasiya qəzası nəticəsində radioaktiv çirklənmələrə məruz qalmış ərazilərdə iş
və yaşayışın xüsusi rejiminin müəyyən edilməsi;
müvafiq ərazilərin radiasiya şəraiti haqqında sakinlərə informasiya verilməsi;
radiasiya qəzası nəticəsində şüalanmaya məruz qalmış əhaliyə kömək
göstərilməsinin təşkili və ona nəzarət;
radiasiya qəzası nəticəsində radioaktiv çirklənməyə məruz qalmış ərazilərdə təbii
qoruqların — nadir bitki və heyvan növlərinin mühafizəsi üçün tədbirlər
görülməsi;
strateji nüvə materiallarının, radioaktiv maddələrin və digər ionlaşdırıcı şüa
mənbələrinin idxal və ixracının, onların tranzit ötürülməsinin, ölkə ərazisində
daşınmasının tənzimlənməsi və fəaliyyət növlərinə nəzarətin həyata keçirilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının
beynəlxalq əməkdaşlığının həyata keçirilməsi və beynəlxalq müqavilələr üzrə
öhdəliklərin yerinə yetirilməsi.