göstərən müəssisə və təşkilatlarda işləyənlərin, yaxın ərazilərdə yaşayan
əhalinin sosial müdafiəsi
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və
təşkilatlarda işləyənlərin və yaxın ərazilərdə yaşayan əhali müəyyən olunmuş təbii
şüalanma dozası səviyyəsindən artıq dozaya məruz qaldıqda qanunvericiliklə müəyyən
olunmuş qaydada sosial müdafiə hüququna malikdirlər.
Madd
ə 27. İonlaşdırıcı şüalanmanın təsiri və radiasiya qəzası nəticəsində
əhalinin həyatına, sağlamlığına və əmlakına dəymiş zərərə görə ödəniş
almaq hüququ
Əhalinin bu Qanunla müəyyən olunmuş dozadan artıq şüalanma, həmçinin radiasiya
qəzası ilə əlaqədar onların sağlamlığına, əmlakına və həyatına dəyən zərərə görə maddi
ödəniş almaq hüququ vardır.
Madd
ə 28. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin
v
əzifələri
Radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının
vətəndaşlarının, Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin vəzifələri:
radiasiya təhlükəsizliyinin təmin olunması tələblərinə əməl etmək;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin yerinə
yetirilməsində iştirak etmək.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 dekabr 1997-ci il
№ 423-IQ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart
1998-ci il, № 3, maddə 138) («VneshExpertService»).
25 mart 2003-cü il tarixli, 429-IIQD nömrəli; 4 mart 2005-ci il tarixli, 856-IIQD
nömrəli; 3 mart 2006-cı il tarixli, 79-IIIQD qanunlara əsasən dəyişikliklərlə
(«VneshExpertService»).
© VneshExpertService
Dostları ilə paylaş: |