Əhalinin radiasiya təhlükəsizliyi haqqında


texnogen dəyişdirilmiş radiasiya fonu



Yüklə 398,74 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix16.05.2023
ölçüsü398,74 Kb.
#114734
1   2   3   4   5   6   7   8   9   ...   13
423 iq

texnogen dəyişdirilmiş radiasiya fonu — insan fəaliyyəti nəticəsində təbii 
radiasiya fonunun dəyişdirilməsi;  
 
yol verilən doza — insan orqanizminin və onun ayrı-ayrı orqanlarının 
radiohəssaslığını nəzərə almaqla şüalanmanın gələcəkdə orqanizmdə mənfi 
nəticələr törətməsi ehtimalının inkar olunmasını təsdiqləyən təqvim ili ərzində 
ionlaşdırıcı şüalanmanın dozası;  


 
sanitar-mühafizə zonası — ionlaşdırıcı şüalanma mənbəyi ətrafında mənbənin 
normal istismarı şəraitində əhalinin effektiv (normal) şüalanma normasından 
yüksək dozalı ərazi;  
 
müşahidə zonası — sanitar-mühafizə zonasının hüdudları xaricində radiasiya 
nəzarəti aparılan ərazi;  
 
işçi — bilavasitə ionlaşdırıcı şüa mənbələri ilə daimi və ya müvəqqəti işləyən 
şəxs;  
 
radiasiya qəzası — texniki qurğuların nasazlığı, işçilərin (personalın) səhvi, təbii 
fəlakətlər və digər səbəblərdən ionlaşdırıcı şüa mənbələri üzərində idarəetmənin 
itirilməsi nəticəsində insanların müəyyən olunmuş normadan artıq şüalanmasına 
və ya ətraf mühitin radioaktiv çirklənməsinə gətirən qəzalar.
Madd
ə 2. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquqi 
t
ənzimləmə
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquqi tənzimləmə bu Qanun və 
Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə həyata keçirilir. 
Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları radiasiya 
təhlükəsizliyinə və onun bu Qanunla müəyyən edilmiş təminatına olan tələblərin 
səviyyəsini azalda bilməz. 
Radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq 
müqavilələrin nəzərdə tutduğu qaydalar Azərbaycan Respublikası qanunvericiliyinin 
mövcud müddəalarından fərqlidirsə, onda beynəlxalq müqavilələrin qaydaları tətbiq 
olunur. 

Yüklə 398,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin