ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ



Yüklə 0,78 Mb.
səhifə4/9
tarix25.04.2017
ölçüsü0,78 Mb.
#15732
1   2   3   4   5   6   7   8   9

CƏHƏNNƏM ZƏBBANİLƏRİ

Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır. Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və möminlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq və şəkk mərəzi) olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar üçün ancaq bir öyüd-nəsihətdir!”. (əl-Muddəssir 30-31). Suddi deyir ki, Qureyşdən Əbu Əşdeyn adlı biri dedi: “Ey Qureyş! On doqquz – sizi qorxutmasın. Sağ çiynimlə onunu, sol çiynimlə də doqquzunu itəliyərəm. Siz də Cənnətə girərsiniz” dedi. “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)”. (ət-Təhrim 6). İbrahim əl-Həkəm b. Əban, atasından, İkrimə – rahmətullahi aleyhi - belə dediyini rəvayət edir: “Cəhənnəm əhlindən Cəhənnəmə ilk girənlər onun qapısında 400 yüz min üzləri qapqara gözətçi görürlər. Allah onların qəlbindən mərhəməti almış və heç birinin qəlbində zərrə qədər də mərhəmət yoxdur. Birinin çiyni ilə digər çiyni arasında məsafə quş uçuşu ilə iki aylıq məsafədir. Sonra qapının üzərində 19 gözətçi görürlər. Birinin köksünün genişliyi 70 illik məsafədir... (Onların mərhəməti yox, sadəcə əzab üçün yaradılmışlar)”86. Məlik – Cəhənnəm gözətçilərinin ən böyüyüdür. Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Bu gecə sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) çox iyrənc və çirkin bir adamın yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər... Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin gözətçisi Malikdir...”87.


CƏHƏNNƏM ƏHLİNİN ƏKSƏRİYYƏTİ QADINLARDIR

Usamə b. Zeyd - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Merac gecəsində) Cənnətin qapısında durub içəri baxdım. Oraya girənlərin böyük çoxluğunun miskinlər olduğunu gördüm. Mal sahiblərindən Cəhənnəmlik olanlardan başqaları (haqq-hesab) üçün həps olumuşlar. Atəş əhli olan zənginlərin isə Cəhənnəmə atılmaları öncə əmr olunmuşdur. Cəhənnəmin qapısında da durdum. Bir də baxdım ki, Cəhənnəmə girənlərin çoxu qadınlardır (Başqa rəvayətdə: «Biz nəyə görə Cəhənnəm əhlinin çox hissəsi olacağı» dedilər. Peyğəmbər: «Çünki çox lənət edir, ərlərnizə qarşı nankorluq edirsiniz. Yaxşılığa qarşı küfr edirsiniz. Onlardan birinə dünya durduqca yaxşılıq etsən və sonra səndən məmnun olmayacaq bir şey görsə – səndən heç bir xeyir görmədim deyər. Ağıl və din naqisliyi də vardır. Sizin qədər ağlı başından alaraq kişiyə üstün gələni görmədim». Qadınlar: «Ağıl və din naqisliyi nədir?» deyə soruşdular. Peyğəmbər: «Ağlı nöqsanlığa gəldikdə – iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Dini naqisliyə gəldikdə isə – (heyzli günlərdə) namaz qılmazsınız və ramazanda da (bir müddət) oruc tutmazsınız»88. Amr b. As – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətin içinə baxdım əksəriyyətinin fəqirlər olduğunu gördüm. Cəhənnəmə baxdım əksəriyyətinin qadınlar və zənginlər olduğunu gördüm”89. Əyyub, İbn Sirin – rahmətullahi aleyhi - dən rəvayət edir ki: “Öyünün və xatırlayın ki, kişilər Cənnətdə qadınlardan daha çoxdur”90.



CƏHƏNNƏMDƏ KAFİRİN HALI

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü kafirin dişi Uhud dağı boyda, dərisinin qalınlığı da üç günlük yol qədərdir»91. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir bir-iki fərsax uzunluğunda olan dilini Qiyamət günü yerlə sürür. İnsanlar onun üzərinə basarlar»92. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmdə kafirin iki çiyni arasındakı məsafə sürətli süvarinin yürüşü ilə üç günlük məsafədir»93. Başqa rəvayətdə: “Oturduğu yer Məkkə ilə Mədinə qədər məsafədədir”. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəm əhli dağlar kimi böyüdülmüş və şişirdilmişdir”94. Zeyd b. Ərqam – radıyallahu anhu – deyir ki: “Cəhənnəm əhli atəş üçün o, qədər böyüdülür ki, bir dişi Uhud dağı qədər olur”95. Həsən – radıyallahu anhu – Cəhənnəmdən bəhs edərkən dedi: “...Mələklər üzlərinə və arxalarına vuraraq onları Cəhənnəmə sürükləyərlər, onlardan biri onu döyən mələyə: Mənə mərhəmət et!” deyər. Mələk: “Sənə mərhəmətlilərin ən mərhəmətlisi mərhəmət etmədiyi halda mən sənə necə mərhəmət edim” deyər. Ammar – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Dünyada iki üzlü olanın Qiyamət günü atəşdən iki dili olur”96. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İbrahim - əleyhissəlam - atası Azəri üzü qap-qara və toz içində olduğu halda görür». Atasına: «Mən sənə dünyada ikən mənə asi olma demədimmi?» Atası: «Bu gün artıq mən sənə asi olmayacağam» deyər. İbrahim: «Ya Rəbbim! Sən yenidən dirilmə günündə məni rüsvay etməyəcəyini vəd vermişdin. Rəhmətdən uzaq atamın halından daha rüsvay edici başqa nə var?» deyə buyurar. Allah: «Mən Cənnəti kafirlərə haram etdim. Ey İbrahim! Ayaqlarının altında nə var» deyə buyurar. İbrahim - əleyhissəlam - yerə baxar və qana bulaşmış bir sırtlan görür. Dərhal ayaqlarından tutulub Cəhənnəmə atılır»97. Nə üçün kafirlər bu görkəmi alacaqlar? Cavab: Cəhənnəmin böyüklüyünə, hərarətinin şiddətinə görə Allah kafirləri börüdəcəkdir ki, əzabı daha çox dadsınlar. Çünki adi insan ora atıldığı zaman əriyib yoxa çıxar. Allah Qorusun!


CƏHƏNNƏMİN GƏLİŞİ VƏ BAŞIN ÇIXMASI

Xeyr! Yer dağılıb parça-parça olacağı; Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir”. (Fəcr 21-24). “O böyük bəla (Qiyamət) gələndə, O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır. Cəhənnəm də hər görənə görünəcəkdir”. (ən-Nəziat 34-36). İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, gün Cəhənnəm gətrilir. Cəhənnəmin yetmiş min yuları olacaqdır və hər bir yularında yetmiş min mələk tutacaqdır. Mələklər (bu yulardan) tutub Cəhənnəmi çəkib gətirəcəklər»98. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: Qiyamət günü Cəhənnəmdən bir baş uzanır. Görən iki gözü, eşidən iki qulağı və danışan bir dili vardır və o: “Mən üç növ insan üçün yaradıldım: Təkəbbürlülər, Allahdan qeyrisinə ibadət edənlər və surət çəkənlər üçün (Başqa rəvayətdə: Zalım idarəçilər, haqsız insan öldürən)”99.


SİZDƏN ELƏ BİR KƏS OLMAZ Kİ, ORAYA VARİD OLMASIN” – AYƏSİ BARƏDƏ

Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər Cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır). Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!”. (Məryəm 71-72). Sələflər bu ayəni eşidəndə ağlayardılar. Abdullah b. Rəvaha – radıyallahu anhu – bu ayəni eşitdikdə ağlamağa başladı. Zövcəsini, yaxınlarını da ağlatdı. Ondan nə üçün ağladığını soruşduqda o: “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür – Cəhənnəmə qəti olaraq girəcəyimi, lakin oradan çıxıb-çıxmayacağımı qəti olaraq bilmədiyim üçün ağladım”. Əbu Meysərə – rahmətullahi aleyhi - yatağına girdiyi zaman dedi: “Kaşki anam məni doğmayaydı?”. Zövcəsi: “Allah səni İslamla mükafatlandırdı” dedi. O: “Allah mənim Cəhənnəmə girəcəyimi bildirdiyi halda oradan çıxıb-çıxmayacağımı bildirməmişdir”. Həsən – radıyallahu anhu – deyir ki, bir nəfər qardaşına: “Ey qardaşım, Cəhənnəmə mütləq girəcəyini bilirsənmi?”. O: “Bəli” dedi. O, da: “Bəs, oradan çıxıb-çıxmayacağın haqda bir şey eşitdinmi?”. O: “Xey”. Onda nə gülürsən” dedi. Bu adamı o, gündən sonra gülən kimsə görmədi”. Həsən – radıyallahu anhu – deyir ki: “Vallahi oraya girən hər bir mömin üzülür. Allah onun Cəhənnəmə girəcəyini və çıxmayacağını bildirdiyi halda necə üzülməsin?”100. Səhabə və ondan sonra gələnlər Cəhənnəmə düşmək barəsində ixtilafa düşdülər. Bəziləri deyirlər ki: “Bundan qəsd edilən Sırat körpüsüdür”. Bu görüşdə: İbn Məsud, Cabir, Həsən, Qatadə, AbdurRahman b. Zeyd b. Əsləm – Allah Onlardan Razı Olsun - və s. Bəziləri də qeyd edirlər ki: Cəhənnəmə girmək – mütləqdir. Bu görüş İbn Abbas – radıyallahu anhu – ya nisbət edilmişdir. Lakin mömin üçün Cəhənnəm sərin və salamat olur İbrahim - əleyhissəlam – üçün olduğu kimi və s.


CƏHƏNNƏMİN VƏSFİ

Cəhənnəm alovlandırılacağı zaman; Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman; Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!”. (ət-Təkvir 12-14). Qatadə – radıyallahu anhu – deyir ki: “Allahın qəzəbi və insanların günahları Cəhənnəmi qızışdırır”. İnsan oğlunun Allahın qəzəbinə səbəb olan günahlarından ötrü Cəhənnəm qızışır. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Cənnəti yaratdığı zaman Cəbrail - əleyhissəlam - a buyurdu: “Get ora bir bax!”. O, da gedib Cənətə baxdı və: «(Ey Rəbbim!) Sənin izzətinə and olsun ki, onu eşidib və ora girməyən qalmayacaqdır. Hər kəs ora girəcəkdir» dedi. Allah Cənnətin ətrafını məkruhlarla (nəfsin xoşlanmadığı şeylərlə) bəzədi və: «İndi get ora bax!» deyə buyurdu. Cəbrail gedib ora bir də baxdı və: «Qorxuram ki, ora heç kimsə girməsin» dedi. Allah Cəhənnəmi yaradıb Cəbrailə: «Get ora bir bax!» deyə buyurdu. Cəbrail: «İzzətinə and olsun ki, onu eşidən ora girməyəcəkdir» dedi. Sonra Allah Cəhənnəmin ətrafını şəhvətlərlə (nəfsin xoşladığı şeylərlə) bəzədi və: «Get ora bir kərə də bax!» deyə buyurdu. Cəbrail də baxıb gəldikdən sonra: «İzzətinə and olsun ki, bir nəfər də belə qalmayıb hamının ora girməsindən qorxuram» dedi101. Əbu Hureyrə, Ənəs – radıyallahu anhum – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnət məkruhlarla (nəfsin xoşlanmadığı şeylərlə), Cəhənnəm isə şəhvətlərlə bəzədilmişdir»102. Əbu Musa – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü olduğunda hər müsəlmana bir Yəhudi və Xristian verilər və ona: «Bu sənin atəşdən qurtuluşun üçün sənə fidyə olaraq verilmişdir» deyilər103. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündə müsəlmanlardan bəzi kimsələr dağlar misalı günahlarla gəlirlər. Lakin Allah onların bu günahlarından bağışlayıb Yəhudilərə, Xristianlara yükləyər»104. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanından bir cənazə keçdi. İnsanlar cənazə haqqında xeyirli sözlər dedilər. Peyğəmbər: «Vacib oldu!» deyə buyurdu. Sonra bir cənazə də keçdi. İnsanlar onun haqqında pis sözlər danışdılar. Peyğəmbər: «Vacib oldu!» deyə buyurdu. Ömər: «Ey Allahın Rəsulu! Vacib olan nədir?» deyə soruşdu. Peyğəmbər: «Birinci cənazəni xeyirlə yad etdiniz və ona Cənnət vacib oldu. İkinci cənazəni isə pisliklə yad etdiniz və ona Cəhənnəm vacib oldu. Sizlər Allahın yer üzündəki şahidlərisiniz» deyə buyurdu105. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Kafir ilə onu öldürən əbədiyyən Cəhənnəmdə bir yerdə olmaz, Allah yolunda ölən ilə Cəhənnəm atəşi bir yerdə olmaz, qulun qəlbində imanla həsəd bir yerdə olmaz»106. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə Cəhənnəm əhlindən xəbər verimmi?». Səhabələr: «Bəli, ey Allahın Rəsulu» dedilər. Peyğəmbər: «Bunlar simic, paxıl, təkəbbürlü kimsələrdir» deyə buyurdu107. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Bir nəfəri gətirib oda atacaqlar. Cəhənnəmdə bağırsaqları qarnından bayıra çıxacaqdır və orada eşşək dəyirmanın ətrafında fırlandığı kimi fırlanacaqdır. Cəhənnəm əhli onun ətrafında toplaşıb soruşacaqlar: «Ey filankəs, sənə nə olub? Məgər sən bizi günahlardan çəkinməyə və xeyirli işlər görməyə çağıran deyildin?». O: «Bəli, mən xeyirxaxlığa çağırırdım, lakin özüm buna əməl etmirdim, günahlardan çəkindirirdim, lakin özüm pis işlər edirdim»108. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Bir qadın evdə həps etdiyi pişiyə görə Cəhənnəmə düşdü. Pişiyi evdə həps edərək nə yemək vermiş, nə də onun özü üçün ov etməsinə izn vermişdir (Başqa rəvayətdə: Fahişə bir qadın isti bir gündə quyunun ətrafında fırlanan və susuzluqdan dilini çıxarmış bir köpək gördü. Qadın ayaqqabısını çıxarıb (quyudan su götürərək) köpəkə verdi. Bu səbəblə qadın bağışlandı»109. Bureydə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Hakimlər üç cürdür. Biri Cənnətlik, ikisi isə Cəhənnəmlikdir. Haqqı bilib doğru hökm verən Cənnətlikdir, haqqı bilib (bilə-bilə) ədalətsiz hökm verən Cəhənnəmlikdir, cahilcəsinə hökm verən də Cəhənnəmlikdir»110.
CƏNNƏTİN VƏSFİ

ADƏM - Əleyhissəlam - IN GİRİB ÇIXDIĞI CƏNNƏT HANSIDIR?

Munzir b. Said – rahmətullahi aleyhi – təfsirdə deyir ki: Allahın Adəm – əleyhissəlam – söylədiyi: (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”. (əl-Bəqərə 35). Ayəsində bir qrup: Allah Adəm – əleyhissəlam – ı Qiyamət günü möminlərin girəcəyi əbədiyyət Cənnətinə salmışdır. Digər bir qrup isə: Bu Cənnət başqa bir Cənnət baxçasıdır. Allah onu Adəm – əleyhissəlam – üçün yaratmış və onu oraya salmışdır. Əbədiyyət Cənnəti deyildir”. Əbul Həsən əl-Mərvədi – rahmətullahi aleyhi – isə təfsirində deyir ki: “Adəm və Həvva – əleyhimussəlam – ın daxil olduğu Cənnət barəsində iki ixtilaf vardır: 1) Bu Cənnət əbədiyyat Cənnətidir. 2) Bu Cənnət Allahın ikisi üçün yaratmış olduğu imtahan yurdu etdiyi Cənnət baxçasıdır. Mükafat olaraq yaratmış olduğu əbədiyyat Cənnəti deyildir. İkinci görüşdə olanlar da iki qrupa ayrılmışlar: 1) Bu Cənnətin göydə olduğunu söyləmişlər. Çünki Adəm və Həvva – əleyhimussəlam – oradan enmişlər. 2) Bir qism də onun yerdə olduğunu söyləmişlər. Enməyi isə - bir yedən digər bir yerə keçmək kimi adlandırmışlar. (O halda) şəhərlərdən birinə gedin...”. (əl-Bəqərə 61). Əbu Salih, İbn Abbas - radıyallahu anhu – dan: “Enin” – ayəsi barəsində bunu zikr edir: Bir yerdən digər bir yerə getmək kimidir” demişdir. Munzir b. Said – rahmətullahi aleyhi – deyir ki: “Cənnətin əbədiyyat Cənnəti olmayıb yer üzündə bir Cənnət olduğu görüşü Əbu Hənifə və əshabının görüşüdür”. İbn Uyeynə – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!”. (Ta ha 118). Ayəsini açıqlayarkən orada yəni – yer üzündə demişdir”. İbn Quteybə “əl-Mârif” 11-18 deyir ki: “Sonra Allah onu Ədn baxçasının şərq tərəfindən çıxardı və onu (yaradıldığı torpağın) alındığı yerə yolladı. İbn Quteybə burada Vəhb – rahmətullahi aleyhi – dən bir nəql də edir ki: “Adəm – əleyhissəlam – ın Ədn baxçasından çıxarıldıqdan sonra endiyi yer Hindistanın şərq tərəfidir. Qabil qardaşını öldürüb Ədnin şərqindəki Yəmən vadilərinə qədər daşıdıqdan sonra onu orada basdırır”.


ADƏM - Əleyhissəlam - IN GİRİB ÇIXDIĞI CƏNNƏT ƏBƏDİYYƏT CƏNNƏTİDİR DEYƏNLƏRİN DƏLİLLƏRİ

1. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah (Qiyamət günü) insanları toplayır, möminlər ayağa qalxırlar. Nəhayət Cənnət onlara yaxınlaşdırılır». İnsanlar Adəm – əlehissəlam – gələrək: «Ey atamız! Cənnəti bizə açdır» deyəcəklər. Adəm: «Sizləri Cənnətdən ancaq atanız Adəmin xətası çıxartdı. Mən bunun sahibi deyiləm. Sizlər mənim oğlum İbrahim – əlehissəlam – ın yanına gedin» deyəcəkdir111. 2. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm ilə Musa – əleyhimussəlam - Rəbbləri qatında bir-birləri ilə mücadələ etdilər. Nəticədə Adəm, Musaya hüccətlə qələbə çaldı. Musa: «Sən, Allahın əli ilə yaratdığı, öz ruhundan üfürdüyü, mələklərini sənə səcdə etdirdiyi, Cənnətdə yerləşdirdiyi, sonra da etdiyin xətadan ötrü insanları yer üzünə endirən Adəm deyilsənmi?» deyə soruşdu112. 3. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”. (Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var” - dedik”. (əl-Bəqərə 35-36). Enin – kəliməsi yüksəkdən aşağıya doğru olur. Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var – ifadəsi Enin - əmrindən sonra gəlmişdir. Bu o, deməkdir ki, onlar daha öncə yer üzündə deyildilər. 4. (Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”. (Ta ha 120). Cənnət dünyada olsaydı Adəm – əleyhissəlam – İblisin sözlərinin yalan olduğunu bilərdi. Çünki Adəm – əleyhissəlam – bilirdi ki, dünya keçici, fanidir. 5. Cənnətdən Enin – sözüylə qəsd edilən Adəm, Həvva və İblisdir – deyilmişdir. Bir qrup qeyd edir ki: Cənnətdən Enin – sözüylə Adəm, Həvva və İlan qəsd edilir, Digər bir qrup deyir ki: Adəm və Həvva – əleyhimussəlam – nın zurriyyətidir – deyilmişdir. Lakin bu görüşlərin hər ikisi də zəifdir. Səhih olan birinci görüşdür. (Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!”. (Ta ha 123). 6. Onlar qeyd edirlər ki, Cənnət kəliməsi bütün yerlərdə Mərifə olaraq əl-Cənnəh olaraq işlənmişdir. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal...” (əl-Bəqərə 35). Lakin başqa hər hansı bir baxça qəsd edildiyi zaman “Əl” müəyyənlik olmadan işlədilmişdir. “O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq”. (əl-Kəhf 32). 7. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki: “Allah Adəm – əlehissəlam – ı Cənnətdən çıxardıqda onu Cənnət meyvələri ilə ruziləndirdi. Ona hər bir şeyin sənətini öyrətdi. Sizin yediyiniz o, meyvələr də (Cənnət) meyvələrindən törənmədir. Lakin Cənnətdəki meyvələr xarab olmaz, dünyada olanlar isə xarab olurlar. 8. İbn Abbas - radıyallahu anhu – deyir ki: (Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir”. (əl-Bəqərə 37). Ayəsi barədə deyir ki: “Adəm – Ya Rəbbim! Məni əlinlə yaratmadınmı?”. Allah: “Bəli” – dedi. Adəm: “Ey Rəbbim! Mənə ruhundan üfürmədinmi?”. Allah: “Bəli” – dedi. Adəm: “Ey Rəbbim! Məni Cənnətə yerləşdirmədinmi?”. Allah: “Bəli” – dedi. Adəm: “Ey Rəbbim! Rəhmətin qəzəbini üstələmədi-mi?”. Allah: “Bəli” – dedi. Adəm: “Tövbə etsəm, halımı düzəltsəm, məni Cənnətinə təkrar salarsanmı?”. Allah: “Bəli” – dedi113. 9. “And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Məva cənnəti onun yanındadır”. (ən-Nəcm 13-15). Sidrətul Muntəha göyün üstündə olduğu sabitdir.
ADƏM - Əleyhissəlam - IN GİRİB ÇIXDIĞI CƏNNƏT ƏBƏDİYYƏT CƏNNƏTİ DEYİLDİR DEYƏNLƏRİN DƏLİLLƏRİ

1. Allah əbədiyyət Cənnətinə girməyi bütün Rəsulların dili ilə açıqlamışdır. O, girmək zamanı da hələ gəlməmişdir. Allah kitabında Cənnəti bir çox vəsflərlə vəsfləndirmişdir. Sonradan bu şeyləri dəyişməsi isə mümkün deyildir. 2. Allah müttəqilər üçün hazırlamış olduğu Cənnət əbədi qalmaq yurdudur. Oraya kim girərsə bir daha oradan çıxmaz. Lakin Adəm – əlehissəlam – girdiyi Cənnətdə qalmamışdır. Allah Cənnəti salamtlıq yurdu olaraq anmışdır. Oranı əmr, nəhy (qadağa), imtahan yurdu olaraq anmamışdır. Lakin Adəm – əlehissəlam – o, yerdə ən böyük imtahana məruz qalmışdır. 3. Allah oranı içində əbədiyyən Allaha üsyan olunmayacaq bir yurd kimi anmışdır. Lakin Adəm – əlehissəlam – girdiyi Cənnətdə Rəbbinə asi olmuşdur. Allah Cənnəti qorxusuz, kədərsiz, üzüntü olmayan bir yurd kimi anmışdır. Lakin Adəm və Həvva – əlehimussəlam – ın qorxu və üzüntü hiss etdikləri məlumdur. Darus Səlam olduğu halda, Adəm və Həvva – əlehimussəlam – orada fitnə (imtahandan) səlim olmamışdır. Darul Qərar olduğu halda onlar orada qərar tutmamışlar. Oraya girənlər haqqında: “Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar)”. (əl-Hicr 48). Adəm və Həvva – əlehimussəlam – isə oradan çıxmışlar. Yenə orada boş, faydasız şeylərin (yalan) olmadığı, günahların olmadığı xəbər verilmişdir. Halbuki Adəm – əlehissəlam – o, yerdə İblisin yalan sözlərini və günahkar sözlərini eşitmişdir. Allah oranı doğruluq və sədaqət məqamı olduuğunu xəbər vermişdir. İblis isə orada yalan söyləmiş və yalanına and içmişdir. 4. Allah: (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara): “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu”. (əl-Bəqərə 30). Allah – Cənnətul Məvada deməmişdir. Yer üzündə buyurmuşdu. 5. (Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”. (Ta ha 120). Əgər Allah, Adəm – əlehissəlam – ı əbədiyyət Cənnətinə və əskilməz-tükənməz olan bu Cənnətə yerləşdirsəydi Adəm – əlehissəlam – İblisi rədd edərək: Mənə verilən bu əskilməz-tükənməz səltənəti sən mənə necə göstərəcəksən, halbuki mən onun içindəyəm. Nə verə bilərsən sən mənə? (İstədiyim hər bir şey burada var). Əgər bunları bilsəydi İblisin sözünə qulaq asmaz onun nəsihətini qəbul etməzdi. Lakin o, əbədiyyət yurdunda olmadığı üçün arzu etdiyi əbədiliklə İblis onu aldatmışdır. 6. Əgər Adəm – əlehissəlam – əbədiyyət Cənnətində olsaydı – bu Cənnətə təmiz və pak olanlardan başqası girməz, necə ola bilər ki, murdar, lənətlənmiş, aşağı olan İblis oraya girmiş, Adəm – əlehissəlam – ı fitnəyə məruz qoymuş və ona vəsvəsə vermişdir. O, məlun Müttəqilərin yurduna necə girmişdir? 7. (Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!”. (əl-Əraf 13). Necə ola bilər ki, bu sözlərdən sonra İblis Cənnətul Məvaya girsin. Əgər desəniz ki, ilanın qarnına girib, ilan şəkilində Cənnətə girərək Adəm və Həvva – əlehimussəlam – a vəsvəsə verib. Bu batil bir sözdür. “Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər)”. (Fatir 10). İblisin vəsvəsəsi isə sözlərin ən murdarıdır. Əsla Allaha tərəf yüksəlməz. 8. Munziri – rahmətullahi aleyhi – deyir ki: “Adəm – əlehissəlam – ı Cənnətdə yatırdı...”114. Halbuki əbədiyyət Cənnətində yatmaq yoxdur. Əbu Nəcih, Mucahid – rahmətullahi aleyhi – rəvayət edir ki: “Həvva, Adəm – əlehimussəlam – yatarkən qabırğasından yaradıldı”115. «Orada bizə nə bir yorğunluq, nə də bir məşəqqət, əziyyət toxunacaqdır». (Fatir 35). Cabir – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - salallahu aleyhi və səlləm - buyurdu: «Yatmaq ölümün qardaşıdır və Cənnətliklər yatmazlar»116. 9. Allah, Adəm – əlehissəlam – ı yer üzünün torpağından yaratdığı hamıya bəllidir. Bunun da dəlilləri Quran və Sünnədə var. 10. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var” - dedik”. (əl-Bəqərə 35-36). Enin – kəliməsi göydən yerə enməyi ifadə etməz. İfadə etsə belə yüksək yerdən daha aşağı bir yerə enməyi ifadə edər. Çünki Adəm – əlehissəlam – ın Cənnəti yer üzündə ən yüksək bir yerdə idi. Oradan da endirildi. Dediyiniz kimi: Enin - əmrinin Adəm, Həvva və İblis olduğudur. Əgər o, Cənnət göydə olsaydı İblisin səcdə əmrinə uymadığı üçün enməsindən sonra onlara çatması və vəsvəsə verməsi mümkün olmazdı. 11. Onlar qeyd edirlər ki, əbədi Cənnət kəliməsi Qurani Kərimdə mərifə olaraq “Əl” müəyyənlik ədatı ilə gəlir. Digər Cənnət baxçaları isə “Əl” olmadan qeyd olunur. Cavab olaraq deyirik ki, bu belə deyildir. Çünki: “Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər”. (Nun 17). Bu ayədə “Əl” ədatı ilə işlənmişdir, lakin əbədiyyət Cənnəti qəsd edilməmişdir. 12. Onlar qeyd edirlər ki, Adəm – əlehissəlam – tövbə edərsə Allah onu Cənnətə qaytaracağını vəd etmişdir sözünə gəlincə deyirik ki: Əksinə Allah, Adəm – əlehissəlam – ı çıxdığı Cənnətə deyil, əbədiyyət Cənnətinə qaytardığı zaman vədi yerinə yetmiş olacaqdır. Qayıtmaq (dönmək) – kəliməsi birinci hala, zaman və məkana qayıtmağı ifadə etməz. Hətta bənzərinə dönməyi də ifadə etməz. “Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül emişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”. (əl-Əraf 89).
Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin