Mətni redaktor mühiti. Şagirdlər hansı redaktorun öyrənilməsindən asılı olmayaraq onun ümumi elementlərini bilməlidir. Bunlara mətnin əks olunduğu ekran-iş sahəsi, iş sahəsində işin yerinə yetirilməsini təmin edən kursor, mətni prosessorun cari sətrinə aid olan informasiyalar və mətni redaktorun rejimlərinin dəyişdirilməsini təmin edən menyular sətri aiddir.
Iş rejimi. Istifadəçinin yerinə yetirdiyi işdən asılı olaraq iş rejimi müəyyən olunur. iş rejiminə mətnin daxil edilməsi və redaktə olunması, formatlaşdırılması, orfoqrafik səhvlərin düzəldilməsi, mətnin yaddaşa yazılması və əməli yaddaşa yüklənməsi, çap olunması, səhifələrin nömrələnməsi və.s kimi işlərin yerinə yetirilməsi aiddir.