mövqeyli və mövqeysiz say sistemləri;
mövqeyli say sisteminin əsas anlayışları (say sisteminin əsası və əlifbası);
ədədlərin mövqeyli say sistemlərində yazılış formaları;
bir say sistemindən digər say sisteminə keçid;
2-lik hesabın xüsusiyyətləri;
2-lik və 16-lıq say sistemləri arasında əlaqənin
öyrənilməsinə yönəltmək vacibdir.
Ədədlərin adlandırılması, işarə edilməsi və yazılması sistemi say sistemi və ya nömrələnmə adlanır.
Ədədlərin yazılışında rəqəmlərin tutduğu mövqedən asılı olaraq mövqesiz və mövqeli say sistemlərindən istifadə edilir.
Mövqeli və mövqesiz say sistemləri. Əvvəlcə mövqesiz say sistemi meydana gəlmişdir. Bu say sistemində ədədi təşkil edən simvollar tutduğu yerindən, mövqeindən asılı olmayaraq həmişə eyni ədədi göstərir, eyni məna kəsb edir.
Mövqeysiz say sistemləri misirlilər, romalılar və yunanlılar tərəfindən yaradılmışdır.
Misirlilər təxminən dörd min il bundan əvvəl ədədlərin yazılışında xüsusi işarələrdən istifadə etmişlər. Lakin ədədlərin belə işarələr vasitəsi ilə göstərişi əvvəlki üsullara nisbətən əlverişli olsa da, bu say sistemləri də ədədlər üzərində əməllərin aparılması üçün o qədər də səmərəli deyildi.
Dostları ilə paylaş: |