proseduralı-alqoritmik;
məntiqi proqramlaşdırma;
texniki sxem üzrə.
1-ci aspektdə prosedur proqramlaşdırma dillərində, şərti keçid operatorlarında, şərtdən asılı olaraq təyin olunan funksiyalarda, budaqlanmaya aid alqoritmik strukturların realizasiyasında, elektron cədvəllər və verilənlər bazası, verilənlər bazasında informasiyaların axtarışı zamanı işləyərkən məntiqi kəmiyyət və ifadələrdən istifadə olunur.
Məktəb informatika kursunda ilk dəfə məntiqi proqramlaşdırmanın elementləri “Proloq” dilinə daxil edilmişdir. Burada əsas məqsəd şagirdlərin məntiqi təfəkkürünü, mühakimə bacarığını isbat etmək, faktları və arqumentləri seçmək və əsaslandırmaq qabiliyyətlərini inkişaf etdirmək olmuşdur.
Texniki sxem üzrə aspektdə kompüterin elementlərinin məntiqi sxemi ilə tanışlığı başa düşülür.
Bu zaman kompüterin əsas daxili dilinin məntiq dili, Bul cəbri olmasına diqqət yetirmək lazımdır. Bu bir tərəfdən kompüterin daxili dilində və məntiqi dildə ikilik əlifbadan (0 və 1) istifadə olunması, digər tərəfdən prosessorda əmrlərin üç (“və”, “və ya”, və “inkar”) məntiq əməli əsasında realizasiyası ilə əlaqədardır.
Dostları ilə paylaş: |