Konyunksiya (məntiqi vurma). Riyazi məntiqdə konyunksiya azərbaycan dilində istifadə olunan “və” bağlayıcısına uyğundur və & və ya ^ işarələrindən istifadə edilməklə yazılır. Konyunksiya ikiyerli əməliyyat olub A^B və ya A&B kimi işarə olunur, A və B məntiqi mülahizələrinin hasili adlanır. A və B məntiqi mülahizələrin hər ikisi “doğru” olduqda, onların məntiqi hasili “doğru”, qalan hallarda isə “yalan” olur.
Dizyunksiya (məntiqi toplama). Azərbaycan əlifbasında məntiqi toplama “və ya” bağlayıcısına uyğun gəlir və riyazi məntiqdə “v” kimi işarə olunur. Dizyunksiya da ikiyerli əməliyyat olub A və B məntiqi mülahizələrindən heç olmazsa biri “doğru” olduqda, bu ifadələrin məntiqi cəmi və ya dizyunksiyası “doğru”, qalan hallarda isə “yalan” olur.
Inkar. Bu məntiq əməli Azərbaycan dilində inkar mənasını verən “yox” sözünə uyğundur. Inkar unar (biryerli) əməliyyat olub riyazi şəkildə aşağıdakı kimi işarə olunur:
¬A və ya Ā.
Qeyd edək ki, A məntiqi mülahizəsi “doğru” olduqda, onun inkarı “yalan” olur.
Üç məntiq əməli ilə bağlı məlumat verək:
Dostları ilə paylaş: |