99
manın aparılma qaydası haqqında yaranmış məlumatsızlıq səbəbindən bu sahəyə bir
qədər qeyri-rəsmi maraq göstərirdi. 1980-ci illərdə başlıca olaraq istehlakçıların
tələbatına və tətbiq olunan ümumi kənd təsərrüfatı üsullarına
müxalifətçilik münasi-
bətlərinin yaranması səbəblərindən mövcud vəziyyət dəyişildi. Əksər ölkələrdə stan-
dartlar və sertifikatlaşdırma sistemləri özəl təşkilatlar və fermer birlikləri tərəfindən
işlənib hazırlanmışdır. Bu çərçivə daxilində yalnız bir qrup
fermerlər ekoloji təsərrü-
fatçılıq üsullarına keçdi. Adətən, bu sahə üzrə fermerlərin sayca artması ilk dəfə
fermer fəaliyyəti ilə məşğul olmaq istəyən digər sosial qrupların hesabına baş verir.
2. Ekoloji kənd təsərrüfatı istehsalının siyasi tanınması və eyniləşdirilmiş
istehsalat standartları.
Avropada ekoloji kənd təsərrüfatı istehsalının artım inkişafını təmin etmək üçün
sertifikatlaşdırma mütləq şərtdir. Bir ölkənin hüdudları daxilində mövcud olan vahid
sertifikatlaşdırma sistemi rəqabətli standartlar sistemləri ilə müqayisədə daha böyük
artıma aparır. Avropada artımın sonrakı inkişafına ümumi beynəlxalq standartların
tətbiq edilməsi yardım etdi. Bu prosesdə ekoloji kənd təsərrüfatı istehsalının
ümumi
kənd təsərrüfatı siyasətinə daxil edilməsi mühüm rol oynamışdır.
3. Ekoloji fermer təsərrüfatlarına maliyyə yardımının başlanması.
Bu proses ekoloji istehsal sahəsinin kənd təsərrüfatı siyasətinə inteqrasiyasına
doğru edilən addım hesab edilir. Bu tədbir Avropa İttifaqı ölkələrində müxtəlif vaxt-
larda qəbul edilmişdir. Zaman keçdikcə bu tədbirin o məqamda tətbiq edilməsi nəti-
cəsində ekoloji kənd təsərrüfatı sektorunun hal-hazırkı vaxtda inkişafına (artımına)
və ölçülərinə (sahələrin genişlənməsinə) əsaslı təsir göstərməsini sübut etdi. 1987-ci
ildə Danimarka ekoloji kənd təsərrüfatı istehsalına dəstək verilməsi haqqında birinci
qanunu qəbul etdi. Onun ardınca 1991-ci ildə Avstriyada
buna uyğun qanun qəbul
edildi. Bütün Avropa İttifaqının üzv-dövlətləri ekoloji kənd təsərrüfatı istehsalının
yuxarıda təsvir edilmiş üç inkişaf mərhələsindən keçdi. Bu mərhələlərdən birincisi –
ekoloji təmizliyin fərqləndirici xüsusiyyətlərinin təsviri, digər iki mərhələ isə – kənd
təsərrüfatı siyasəti çərçivəsində ekoloji kənd təsərrüfatı istehsalı üçün platformanın
yaradılmasından ibarətdir. Lakin bəzi tədqiqatçıların əldə etdikləri nəticələrin təhlili
göstərir ki, (Mihelzen və b., 2001), bütün fermerlərə nisbətən
ekoloji fermerlərin say
payının 1-2% səviyyəsində olması üçün tək bu addımlar kifayət deyildir. Odur ki,
gələcək artıma yardım üçün əlavə tədbirlərin qəbul edilməsi vacibdir.
4. Fermerlər ittifaqı ilə müəyyən səviyyədə əməkdaşlıq münasibətlərinin
yaradılması.
Bu məsələ ona görə vacibdir ki, ittifaq fermerləri
təmsil edir və ekoloji kənd
təsərrüfatına keçid üçün namizədlərin potensial mənbəyini təşkil edir. Bununla yanaşı
aydın oldu ki, ekoloji və qeyri-ekoloji kənd təsərrüfatı üzrə xidmətlər arasında
əlaqələrin dəstəklənməsi məqsədəuyğundur.
5. Münasib
bazarların inkişafı.
Növbəti mühüm addım kimi marketinq strategiyalarının işlənib hazırlanması və
etibarlı statistika hesabına münasib bazarların inkişafının təmin edilməsi nəzərdə
tutulur. Bunu təmin edəcək vacib amillərdən biri
müəyyən miqdarda məhsulun
bazara çıxarılmasıdır. Belə ki, böyük həcmlər paylanma xərclərinin ixtisarına kömək
edə bilər və geniş miqyasda bioloji, ekoloji qida məhsulları satmaq
istəyən şirkətlərin
əmtəə təchizatına olan inamını artırar.