Амин Бабайев, Вцгар Бабайев


Şəkil 25. Torpaq strukturunun əhəmiyyəti



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə112/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   108   109   110   111   112   113   114   115   ...   431
 
Şəkil 25. Torpaq strukturunun əhəmiyyəti 
 
Beləliklə, qranulometrik tərkib torpaqların su rejiminin tənzimlənməsində, eləcə 
də suvarma və qurudulma meliorasiyası  işlərinin həyata keçirilməsi zamanı 
əhəmiyyətli rol oynayır. Torpaqların quruma sürətinə onun təsiri olduqca böyükdür. 
Eyni zamanda qranulometrik tərkib qumsal və gilli torpaqların qeyri-bərabər yapış-
qanlığı  və  sıxlığı ilə  əlaqədar olaraq torpaqbecərən alətlərin təsirindən torpağın 


 
104
müxtəlif dərəcəli müqavimətini müəyyən edir. Qumsal və qumluca torpaqlar asan 
becərilir və buna görə də yüngül  adlanır, əksinə olaraq ağır gilli və gilli torpaqlar - 
ağır  adlanır. Qranulometrik tərkib torpaqların istilik xassələrinə də əhəmiyyətli təsir 
göstərir. Yüngül torpaqlar daha da «isti», yəni tez donu açılan və isinən torpaqlara 
aiddir. Ağır torpaqlar isə «soyuq» hesab olunur. Bu, əkinçiliyin  şimal yayılma sər-
həddində çox əhəmiyyətlidir. Torpaqların qranulometrik tərkibi bir çox hallarda yer 
kürəsinin müxtəlif təbii zonalarında nəhəng  ərazilərin simasını müəyyən edir: səh-
ralarda gilli takırlar və qum barxanları, tayqa qurşağı qumlarında şam meşələri və s. 
Qranulometrik tərkibin torpaqəmələgəlmə  və torpaqların münbitliyinin forma-
laşmasında olan böyük əhəmiyyəti ona alimlər və  kənd təsərrüfatı mütəxəssisləri 
tərəfindən göstərilən daimi diqqət və marağı müəyyən edir. 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin