Orta toz fraksiyası (0,01 - 0,005 mm) tərkibində çoxlu slyuda vardır. Slyuda
fraksiyaya bir qədər plastiklik və bağlılıq verir. Əvvəlki iri fraksiyalara nisbətən orta
toz artıq daha da dispersdir. Məsələn, bu fraksiyanın bir qramı 2000 sm
2
xüsusi səthə
malikdir. Buna görə də orta toz rütubəti daha yaxşı saxlayır və zəif sukeçirmə
qabiliyyətinə malikdir. Hissəciklərin koaqulyasiya və struktur əmələgətirmə
qabiliyyətsizliyi səciyyəvidir. Orta toz fraksiyaları üstünlük təşkil edən torpaqlar asan
tozlaşır, kipləşməyə və başdan-başa qabıq bağlamağa meyillidir.