103
üçün səciyyəvi olmayan xassələr əmələ gəlir: koaqulyasiya və strukturəmələgətirmə
qabiliyyəti. Narın toz fraksiyası artıq öz tərkibində üzvi maddələr saxlaya bilir.
Struktursuz torpaqlarda bu fraksiyanın mövcudluğu şişmə, sıxlaşma, aşağı sukeçir-
mə, yapışqanlıq, yarıqlılıq və kipləşmə proseslərinin inkişafına yardım edir.
Lil (< 0,001mm) əsasən
təkrar gilli minerallardan, humuslu və üzvi-mineral
maddələrdən ibarətdir. Torpağın bütün kolloidləri bu fraksiyanın tərkibinə daxildir.
Lil hissəcikləri nəhəng səthi enerjiyə malikdirlər. Məsələn, bu hissəciklərin 1 qramı
20000 sm
2
yaxın xüsusi səthə malikdir. Lil fraksiyasını torpağın plazması adlandı-
rırlar. Bu fraksiya praktiki olaraq torpaqda baş verən bütün proseslərin iştirakçısıdır.
Lilin miqdarı torpağın bir çox genetik xassələrini təyin edir. Lil ilə əlaqə humus
ehtiyatları, udulmuş əsaslar, karbonatların meydana
gəlmə dərinliyi üçün səciy-
yəvidir. Torpaqların lilli fraksiyasında demək olar ki, humusun bütün həcmi toplan-
mışdır. Burada başlıca olaraq azot və fosfor, eləcə də bitkilər
üçün həyati zərüri olan
bir çox elementlər cəmlənmişdir. Torpağın tərkibində olan lilin miqdarından və onun
aqreqatlaşma qabiliyyətindən əsas etibarı ilə torpaqların fiziki xassələri, onların
rütubət tutumu və struktur vəziyyəti, sukeçirmə xassələri asılıdır. Lil başlıca uducu-
dur, eyni zamanda bir
çox zərif dispers maddələrin, o cümlədən ətraf mühitin çirklən-
diricilərinin, həm biofil-elementlər, həm də ağır metallar və radioaktiv elementlər
daxil olmaqla müxtəlif kationların absormentidir. Lil fraksiyasının
fiziki və su-fiziki
xassələri dispers hissəciklərin vəziyyətindən asılıdır. Lilin koaqulyasiya olunmuş,
strukturlaşdırılmış hissəcikləri torpaqlara bioloji obyektlərin rütubət və hava təmina-
tının ali dərəcəli optimal ekoloji şəraitini yaradırlar. Əksinə, struktursuz və aqreqat-
laşmamış lil başdan-başa
bərk kütləyə çevrilir ki, burada nə sərbəst havaya, nə də
canlı orqanizmlərə əlçatan olan rütubətə yer yoxdur. Bu, sal, yapışqan, nəmlənəndə
şişən, quruyanda isə şiddətli dərəcədə çat verən gilli kütlədir.
Dostları ilə paylaş: