105
Torpaqların bonitirovkası zamanı qranulometrik tərkibin qiymətləndirilməsi
Cədvəl 15
Qranulometrik tərkib və 10 ballıq sistem üzrə onun qiymətləndirilməsi
Torpaqlar
Gilli
Ağır
gillicəli
Orta
gillicəli
Yüngül
gillicəli
Qumluca
Qumlu -
xırda
dənəvər
Qumlu -
iri
dənəvər
Podzol 6 7 10 8 6 4 2
Bozmeşə 8 10 9
7
6
4
2
Qaratorpaq 10 10
8
7
5
3
1
Şabalıdı 8 10 9 7 6 3 1
Sarıtorpaq,
qırmızıtorpaq
10
9 7 6 4 - -
Podzollu
sarıtorpaq
8 9 10 9 6 4 2
Boztorpaq 8 10
9
7
5
3
2
Dənli taxıl bitkiləri üçün torpaqların səmərəli münbitliyinə
qranulometrik tərkibin təsir dərəcəsi
Cədvəl 16
Qranulometrik tərkib Qaratorpaqlar
Tünd-şabalıdı
torpaqlar
Şabalıdı və açıq-
şabalıdı torpaqlar
Gilli 0,9 0,8
0,7
Ağır gillicəli 1,0
1,0
0,9
Orta gillicəli 0,8
0,9
1,0
Yüngül gillicəli 0,7
0,7
0,8
Qumluca 0,5 0,6
0,6
Qumsal 0,3 0,3
0,3
5.1.2. Torpaq strukturunun ekoloji əhəmiyyəti
Strukturluq. Torpaq strukturu toıpağın müxtəlif
formada və ölçüdə hissələrə
parçalanması qabiliyyətidir. Struktur - torpağın əsas xassələrindən olub, torpaqda
gedən bütün proseslər (fıziki, kimyəvi, bioloji) və münbitliyin səviyyəsi ondan
asılıdır.
Təbiətdə torpaqlar müxtəlif strukturluğa malikdir. Torpaqlar strukturlu, zəif
strukturlu və ya struktursuz olur. Strukturlu və struktursuz torpaqları bir-birindən
fərqləndirən əlamətlər aşağıdakılardan ibarətdir: Strukturlu torpaqlarda aqreqat daxi-
lində kapilyar və aqreqatlararası qeyri-kapilyar məsamələr vardır.
Strukturlu torpaq-
lar suyu tez hopdurur və gec buxarlandırır, onların su tutumu yüksək, su, hava və
istilik rejimləri əlverişli olur. Bu torpaqlarda aerob və anaerob proseslər bir vaxtda
gedir. Belə ki, strukturlu torpaqların xarici səthində aerob proses gedərək torpağın
üzvi hissəsini minerallaşdırır və onu bitkinin qidasına çevirir. Torpaqların daxilində
isə anaerob proses gedərək yapışdırıcı çürüntü maddəsini qoruyub saxlayır.
Strukturlu torpaqlar yaz-payız aylarında yağan atmosfer çöküntülərinin hamısını
mənimsədiyi üçün eroziyaya uğramır. Mikrobioloji proseslər bu torpaqlarda əlverişli
şəraitdə gedir, bitkilərin kökləri həm üfüqi və həm də şaquli istiqamətdə yaxşı inkişaf
edir, aqrotexniki tədbirlər
yüksək müsbət nəticələr verir, gübrələrin tətbiqi nəticə-
106
sində daha çox əlavə məhsul alınır. Bu torpaqlarda kənd təsərrüfatı bitkiləri arası
kəsilmədən su, hava və qida maddələri ilə yaxşı təmin olunur. Strukturlu torpaqlar
yumşaq olur, becərilərkən az müqavimət göstərir və ona görə də az yanacaq sərf
edilir. Respublikamızın ərazisində strukturlu torpaqlara çimli dağ-çəmən, dağ
qaratorpaqlar, şabalıdı torpaqlar və s. aiddir.
Strukturlu torpaqlardan fərqli olaraq,
struktursuz torpaqlarda su, hava rejimi
əlverişli olmur, torpaq hissəcikləri ya bir-birinə sıx yapışmış və ya ayrı-ayrılıqda
olur. Gilli struktursuz torpaqlarda su çox çətin hopur və suyun çox hissəsi torpağın
səthi ilə axaraq onu eroziyaya uğradır. Bu torpaqlar bərk qaysaq bağlayır və çətin
becərilir. Burada su, hava və istilik xassələri əlverişsiz olur. Struktursuz torpaqlara
bataqlı, şorakət və şoran torpaqlar aiddir. Bundan başqa qumlu və qumsal torpaqlar
da struktursuz torpaqlara aid edilir. Torpağın strukturluğunu
təşkil edən torpaq
aqreqatlarını 3 qrupa bölürlər: makroaqreqatlar (0,25 mm-dən böyük aqreqatlar),
mikroaqreqatlar (0,25 mikrondan 0,25 mm qədər böyüklüyündə olan hissəciklər),
ultramikroaqreqatlar (0,25 mikrondan kiçik hissəciklər).
Aqronomik nöqteyi-nəzərincə ən əlverişli struktur aqreqatların böyüklüyü 0,25-
10 mm olan dənəvər kəltəncikli suyadavamlı makroaqreqatların yaranmasıdır. Suya-
davamlı aqreqatlar bir-birinin üzərində yumşaq toplanaraq aralarındakı məsaməlik
45% olarsa, suyu, habelə su buxarlarını bitkilərin kök sisteminə asanlıqla ötürə
bilərsə, belə suyadavamlı aqreqatlar aqronomik cəhətdən yüksək qiymətləndirilir.
Suyadavamlı aqreqatlar mexaniki elementlərin kolloidlərlə birləşməsindən əmələ
gəlir. Ən davamlı birləşdirici maddə torpaqəmələgəlmə prosesində tədricən yaranan
kalsium-humat tərkibli kolloidlərdir. Suyadavamlı aqreqatların yaranmasında mineral
kolloidlərin də böyük təsiri vardır, lakin onlar humus maddəsi olmadan suyadavamlı
olmurlar.
Gil mineralların (Al(OH)
3
, Fe(OH)
3
) və s. suyadavamlı aqreqatların yaranma-
sında rolu böyükdür. Ən möhkəm suyadavamlı struktur humin turşusunun montmo-
rillont qrupuna aid minerallarla qarşılıqlı təsirindən, zəif suyadavamlı aqreqatlar isə
kvarsın, amorfsilikat və kaolinitə təsirindən əmələ gəlir.
Mikroorqanizmlərin fəaliyyəti nəticəsində ayrılan
maddələr də torpaq hissəcik-
lərini bir-birinə birləşdirməkdə sementləşdirici rol oynayır. Suyadavamlı aqreqatların
yaranmasında bitkilər, torpaq qurdları, o cümlədən soxulcanlar və s. əsaslı təsir
göstərir. Çoxillik otların təsirindən daha yaxşı torpaq strukturu yaranır və uzun
müddət öz xüsusiyyətini saxlayır; yaxşı inkişaf etmiş kök sistemi torpağı hissələrə
bölür və kəltənciklər əmələ gətirir, həm də əmələ gələn humus maddəsi aqreqatların
yaranmasında sementləşdirici kimi iştirak edir. Soxulcanlar külli miqdarda torpağı öz
bədənindən keçirir ki, bunun da nəticəsində torpaqda yüksək suyadavamlı aqreqatlar
yaranır. Torpağın donması da onun strukturunun yaranmasına səbəb olur. Belə ki,
kapilyarlara və ya məsamələrə daxil olan su donduqda həcmi böyüyərək torpaq
hissəsinə təzyiq göstərir və nəticədə kiçik kəltənlərə qədər torpaq xırdalanır,
lakin
həmin hissəciklər suyadavamlı olmur.
Beləliklə, torpaqda suyadavamlı aqreqatların yaranmasına bir çox amillər təsir
göstərir. Lakin respublikamızın ərazisində bu amillərin təsiri hər yerdə eyni deyildir.
Ərazinin relyef, iqlim, bitki, torpaq əmələ gətirən süxurların mineraloji tərkibindən
asılı olaraq dəyişir. Respublikamızın torpaqlarında suyadavamlı aqreqatların
107
(R.H.Məmmədov, 1988) paylanması qanunauyğunluğu aşağıdakı cədvəldə (16)
verilmişdir .
Torpaq strukturunun yaranmasına aqtotexniki tədbirlər də əsaslı təsir edir. Bu
zaman bir tərəfdən strukturun pozulması, digər tərəfdən isə iri kəltənlər əmələ
gələrək strukturlu hissəciklərin yaranması mümkün olur. Beləliklə, torpağa verilən
üzvi maddənin miqdarından, keyfıyyətindən, torpağın
qranulometrik tərkibindən,
tətbiq edilən alətlərdən və torpağın nəmliyindən asılı olaraq strukturu bərpa olunur,
yaxud da pozulur. İstehsalat şəraitində torpağın strukturu mexaniki, fıziki-kimyəvi və
bioloji səbəblərdən pozulur.
Dostları ilə paylaş: