93
1992-ci ildə əvvəlcə Almaniya və Danimarka, sonra isə bütün Avropa İttifaqı
ölkələri kənd təsərrüfatı siyasəti sahəsində ciddi dönüş etdilər:
• EKT ekoloji təmiz məhsul istehsal etməklə yanaşı ətraf mühitə, məsələn,
torpağın qorunmasına, bitki və heyvanların növ müxtəlifliklərinin artmasına,
yerli və bərpa olunan ehtiyatların
istifadəsinə, torpağın çirklənməsinin və qrunt
sularının səviyyəsinin enməsinə müsbət təsir göstərir.
• İstehlakçıların ekoloji məhsula tələbatı sağlamlıq, ətraf mühitin qorunması və
heyvanların düzgün bəslənməsi baxımından getdikcə artır.
Ona görə də onun
təchizat bazasını genişləndirmək lazımdır.
Son illərdə Avropa İttifaqı tərəfindən qəbul olunan siyasi tədbirlər inkişafa daha
da təkan verdi:
1) 1993-cü il Avropa miqyasında ekoloji kənd təsərrüfatı istehsalının
ümumi
sertifikatlaşdırma sistemi haqqında 2092/91 saylı Qətnaməsi qəbul edildi;
2) 1994-cü ildə isə qəbul edilmiş (1992) aqrar –
ekoloji proqram reallaşmağa
başladı (2078/92 Qətnaməsi).
Bu Qətnaməyə görə maliyyə yardımı aşağıdakı öhdəlikləri qəbul etmiş
fermerlərə verilirdi:
- gübrə və pestisidlərin hər bir hektara düşən normasına əsaslı sürətdə ixtisar
etməli, ekoloji üsulları tətbiq
və inkişaf etdirməli;
- yem bitkiləri becərilən sahələr üçün heyvanların xüsusi çəkisinin azaldılmalı;
- kənd təsərrüfatı sahələrinin istifadə edilməsi növbələşdirilməlidir.
Dostları ilə paylaş: