91
-
Torpaq: geniş ərazidə münbit torpaqların eroziyası, şorlaşma və ümumiy-
yətlə, torpağın münbitliyinin itirilməsi ucbatından torpaqlar deqradasiyaya
uğramışdır.
-
Su: şirin su mənbələri aqrokimyəvi vasitələrdən intensiv istifadə və həddən
artıq suvarma nəticəsində çirklənmiş və yaxud həddən artıq istismar
edilmişdir.
-
Biomüxtəliflik: yabanı və mədəni
bitki növlərinin, eləcə də vəhşi heyvan
növlərinin çoxunun nəsli kəsilmiş və təbiət zənginliyini itirmişdir.
-
İnsan sağlamlığı: zərərli pestisidlərin qidada və içməli suda toplanan
qalıqları həm fermerin, həm də istehlakçıların sağlamlığını təhlükəyə
məruz qoyur. Bundan başqa, digər sağlamlıq riskləri - ətin tərkibində anti-
biotiklər, BSE infeksiyası (inəklərin quduzluğu)
və genetik dəyişdirilmiş
orqanizmlər (GDO).
Əlavə olaraq, kənd təsərrüfatının bu növü kənardan gətirilən vasitələrdən hədsiz
istifadə edir və çoxlu bərpa edilməyən enerji sərf edir.
Etiraf edilməlidir ki, «Yaşıl İnqilab» texnologiyalarının köməyi ilə bitkilərin
məhsuldarlığı çox artmışdır. Bu xüsusilə Avropanın mülayim qurşaq hissəsində və
Şimali Amerikada daha çox nəzərə çarpır. Bəzi cənub ölkələri məhsul artımında
şimaldan geri qalsa da, onlar da «Yaşıl İnqilab»ın
müvəffəqiyyətindən istifadə
etmişlər. Məsələn, Hindistan özünü taxıl məhsulları ilə təmin edə bilmişdir, halbuki,
əvvəllər o, sərt aclıq ölkəsi kimi tanınırdı.
Hər halda «Yaşıl İnqilab»ın müvəffəqiyyəti cənubda hamar olmayan xətt üzrə
yayılırdı: bu texnologiya münbit çay vadilərində və yaxud suvarılan torpaqlarda çox
böyük məhsul artımına gətirib çıxarsa da, bir çox ölkələrdə əksəriyyət təşkil edən
kiçik torpaqlarda fayda vermədi. Münbit torpaqlar adətən daha varlı fermerlərə məx-
sus olduğundan, kiçik fermerlər yeni texnologiyalardan çox fayda əldə etmirdilər.
Kiçik sahələrdə iflasa uğramanın bir səbəbi də bu torpaqlarda gübrələrin tətbi-
qinin azfaydalı olmasıdır: Mülayim qurşaq torpaqlarından fərqli
olaraq isti ölkələrdə
torpaqlar verilən gübrələri özündə yaxşı saxlamır. Qida maddələri asanlıqla torpaq-
dan yuyulur və yaxud qaz (N
2
) şəklində buxarlanır. Tətbiq edilən gübrələrin çox
hissəsi bu səbəblərdən itkiyə gedir.
İşçi qüvvəsi nisbətən ucuz, istehsal vasitələri isə baha olan ölkələrdə aqrokim-
yəvi vasitələrə çəkilən xərclər istehsal xərclərinin böyük hissəsini təşkil edir. Çox
vaxt bu istehsal vasitələri kreditlə alınır və məhsul satılandan sonra kreditlər geri
qaytarılır. Əgər məhsuldarlıq gözlənildiyindən aşağı olarsa (torpaq münbitliyinin
azalmasına görə) və yaxud məhsul tamamilə itirilərsə (nəzarət
edilə bilinməyən
xəstəlik və zərərvericilərə görə), fermerlər yenə də istifadə etdikləri aqrokimyəvi
vasitələrin xərclərini ödəməlidirlər. Beləliklə, borclu olmaq fermerlərin arasında
geniş yayılmış problemdir. Kənd təsərrüfatı məhsullarının qiymətləri mütəmadi
olaraq azaldığı halda, istehsal vasitələrinin qiymətləri isə artır.
Yerli dillərdə pestisidlərin zəif və xəstə bitkilərə müalicəvi təsirini nəzərə alaraq
onları «dərman» adlandırırlar. Kimyəvi pestisidlərin çoxunun müxtəlif arzuolunmaz
əlavə təsirləri vardır:
Hədəf olmayan xeyirli həşəratları məhv edir, bəzən
yeni zərərvericilərin əmələ
gəlməsinə əlverişli şərait yaradır.
92
Bir çox pestisidlər həmçinin bitkilərin sağlamlığını təmin edən torpaq
orqanizmləri üçün zərərlidir. Bundan başqa, pestisidlərin tətbiqi gələcəkdə də
eyni qaydada tələfata səbəb olacaqdır.
Pestisidləri tətbiq etdikdə fermerlər zəhərlənmək təhlükəsi qarşısında qalır.
Müəyyən edilmişdir ki, hər il aqrokimyəvi vasitələrlə zəhərlənmə nəticəsində
dünyada 200000 ölüm hadisəsi baş verir.
Pestisidlərin bir hissəsi yığımdan sonra məhsulda qalır və istehlakçılar
tərəfindən istifadə edilir. Onlar həmçinin qrunt sularına qarışır və içməli su
mənbələrini çirkləndirir.
Bəzi pestisidlər çox davamlıdır və insan və heyvan orqanizmlərində toplanır.
Onların çoxu öz təsirini uzun müddətdən sonra göstərir:
onlar xroniki
xəstəliklər, təzə doğulan körpələrdə anomaliyalar, xərçəng və s. törədə bilir.
Bir çox pestisidlər həddən artıq təhlükəli olduğuna görə sənaye ölkələrində
qadağan olunmuşdur. Həmin pestisidlərin bəziləri onların potensial təhlükələri nəzərə
alınmadan hələ də cənub ölkələrinə satılır. Bəzi inkişaf etməkdə olan ölkələr şimal
ölkələrindən alınmış külli miqdarda qadağan olunmuş pestisidlərin hara sərf edilməsi
problemi ilə üzləşir.
Dostları ilə paylaş: