Амин Бабайев, Вцгар Бабайев


Ekoloji kənd təsərrüfatı və kənd təsərrüfatı sistemləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə94/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   90   91   92   93   94   95   96   97   ...   431
4.3.4. Ekoloji kənd təsərrüfatı və kənd təsərrüfatı sistemləri  
 
Dünya təcrübəsində elə  təsərrüfat sistemləri mövcuddur ki, ekoloji kənd təsər-
rüfatı standartlarının yalnız müəyyən tələblərinə cavab verirlər. Bu sistemlərin ciddi 
standartları olmasa da, özlərinə məxsus səciyyəvi xüsusiyyətləri mövcuddur. 
1. Biodinamik kənd təsərrüfatı 
Biodinamik kənd təsərrüfatı ekoloji kənd təsərrüfatının xüsusi növüdür. O, 
ekoloji kənd təsərrüfatının bütün prinsip və standartlarına riayət edir,  ancaq ondan 
bir addım geridə qalır: biodinamik kənd təsərrüfatı özündə  həm də kosmik və dini 
təsəvvürləri birləşdirir. Bu, 1920-ci ildə Avstriya filosofu Rudolf Steiner tərəfindən 
əsası qoyulmuş «anthroposophy» nəzəriyyəsinə əsaslanır. O, yeni elmi yanaşma ilə 
çıxış edərək, təbii hadisələrlə dini baxışları birləşdirmişdir. Steinerin sözlərinə görə 
«Materiya ruhsuz, ruh  isə materiyasız mövcud deyil».  
Biodinamik kənd təsərrüfatının əsas prinsipləri aşağıdakılardır: 
  Kosmik təsirlər: Günəş, ay, planetlər və ulduzların hərəkəti bitkilərin böyümə-
sinə təsir edir. Becərmə, səpin və məhsul yığımının vaxtını düzgün müəyyənləş-
dirməklə fermer bu təsiri bitkilərin xeyrinə istifadə edə bilər.  
  Həyat qabiliyyətli: Fiziki və kimyəvi xassələrdən başqa maddənin orqanizmə 
təsir edən həyat qabilliyyəti də olmalıdır. Beləliklə, biodinamik fermerlər və 
bağbanlar təkcə məhsulun kəmiyyətinə yox, keyfiyyətinə də fikir verirlər.      
  Biodinamik preparatlar:  Təbii  şəkildə mövcud olan müəyyən bitki və heyvan 
mənşəli maddələr xüsusi preparatlarla qarışdırılıb durulaşdırılaraq kompost qala-
ğına, torpağa və birbaşa bitkilərə çilənilir. Bu preparatların tərkibindəki təsiredici 
maddələr  bitki və heyvan mənşəli  elementlərdən təşkil olunub.  
  Təsərrüfat sistemi: Təsərrüfat bitkilər, heyvanlar və insanların vəhdətindən təşkil 
olunmuş bütöv bir orqanizmdir. Orada torpaq münbitliyini təmin etmək üçün 


 
88
normal sayda heyvanlar olmalıdır və bu heyvanlar təsərrüfatın özündə istehsal 
olunan  yemlərlə yemləndirilməlidir.  
Bu məhsulların marketinqi üçün biodinamik fermerlər “Demeter” adlı dünyəvi 
sertifikatlaşdırma sistemini təşkil etmişlər. “Demeter” nişanı bu məhsulun  
biodinamik üsullarla istehsal edilməsinə istehlakçılara zəmanət verir.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin