Амин Бабайев, Вцгар Бабайев


 Davamlı kənd təsərrüaftı



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə95/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   91   92   93   94   95   96   97   98   ...   431
 
2. Davamlı kənd təsərrüaftı 
«Yaşıl inqilab»-ın (1960-cı ildən etibarən gübrələrin və pestisidlərin kütləvi 
tətbiqi ilə başlayan dövr belə adlanır) ətraf mühitə mənfi təsiri özünü büruzə verdikcə 
«davamlı  kənd təsərrüfatı» bir sistem kimi qəbul edildi. Davamlı  kənd təsərrüfatı 
ətraf mühit və ehtiyatları  mühafizə etməli, iqtisadi cəhətdən davamlı, rəqabət qabi-
liyyətli və sosial cəhətdən dəstəklənən olmalıdır. Bu məqsədləri nəzərə alaraq demək 
olar ki, davamlı  kənd təsərrüfatı ekoloji kənd təsərrüfatına nisbətən daha geniş 
anlayışdır.   
Bununla belə, nə dərəcədə davamlılığa nail olmaq və hansı üsul və vasitələrdən 
istifadə etməyə icazə verilməsi haqqında ümumi bir razılıq yoxdur. Buna görə  də, 
sintetik gübrələr, pestisidlər və genetik dəyişdirilmiş orqanizmlərdən (GDO) istifadə 
edən sistemlər də özlərini davamlı adlandırır. Məsələn, birgə istehsal və  zərər-
vericilərə  qarşı mübarizə sistemləri ancaq çox toksik pestisidlərin istifadəsinə icazə 
vermir və digərlərinin istifadəsini müəyyən dərəcədə azaldır.  
Kənar vasitələrdən az istifadə edən (davamlı) kənd təsərrüfatı (Low External 
Input, Sustainable Agriculture) və yaxud ekoloji təsərrüfatçılıq aqrokimyəvi vasitə-
lərin istifadəsini qismən rədd edir. Onlar çalışırlar ki, yerli ehtiyatları təsərrüfat kom-
ponentləri ilə  sıx  əlaqələndirilmək yolu ilə optimallaşdırsınlar. Beləliklə, onlar bir-
birini tamamlayır və ən böyük mümkün sinergetik effekt əldə edilir. Kənardan gətiri-
lən vasitələr ancaq ekosistemdə çatışmayan elementlərlə  təmin etmək və eləcə  də 
mövcud bioloji, fiziki və insan ehtiyatlarının gücləndirilməsi üçün istifadə edilə bilər.  
Müxtəlif sistemlər arasında dəqiq sərhəd çəkmək mümkün deyil. Davamlı kənd 
təsərrüfatı sistemləri var ki, həm də ekolojidir və bundan başqa ekoloji təsərrüfatlar 
var ki, standartların minimum tələblərini yerinə yetirmələrinə baxmayaraq davamlı 
deyildir.  
3. Ənənəvi kənd təsərrüfatı  
Aqrokimyəvi vasitələr ancaq 1960-cı ildən bəri geniş miqyasda istifadə edilir. 
Bu səbəbdən, «Yaşıl  İnqilab»-ın təsirinə  məruz qalmayan təsərrüfatlar avtomatik 
olaraq bioloji kənd təsərrüfatının vacib meyarlarının çoxuna cavab vermiş olur, yəni, 
sintetik gübrələr, pestisidlər və genetik dəyişdirilmiş orqanizmlərdən (GDO) istifadə 
etmir. Belə  kənd təsərrüfatı sistemləri «Ənənəvi Kənd Təsərrüfatı» adlanır. Belə 
təsərrüfat sistemi daha çox «ata-baba» üsullarına əsaslanır. 
XX  əsrdə  kənd təsərrüfatında  əsas diqqət fermerin öz tələbatını ödəmək üçün 
məhsul istehsal etmək prinsipindən bazar üçün məhsul istehsal etmək  prinsiplərinə 
çevrilmişdir. Bir çox ölkələrdə əhalinin sıxlığı sürətlə artır və ənənəvi kənd təsərrüfatı 
sistemləri fermerlərin gözlədikləri məhsuldarlığı təmin etməkdə çətinlik çəkir. Dincə 
qoyma müddətinin azaldılması, həddən artıq otarma və yaxud torpağı istismar edən 
becərmə  səbəbindən  ənənəvi təsərrüfatların çoxu ciddi problemlərlə üzləşir. Eyni 


 
89
zamanda, bu təsərrüfatlarda yüksək məhsuldar, lakin xəstəliklərə daha meyilli bitki 
sortları introduksiya olunur. Ekoloji kənd təsərrüfatı sürətlə artan əhalinin yüksələn 
ehtiyaclarını  təsərrüfat torpaqlarının uzunmuddətli münbitliyini təhlükə altında 
qoymadan ödəməyə çalışır.  
Bütün dünyada ekoloji kənd təsərrüfatının bir çox üsul və qaydaları müxtəlif 
ənənəvi təsərrüfat sistemlərindən  əmələ  gəlmişdir. Bununla belə, heç də  ənənəvi 
sistemlərin hamısı bu üsullardan istifadə etmir. Ənənəvi kənd təsərrüfatı bir sıra 
müasir texnologiyaları  məsələn, zərərvericilərin məhv edilməsində antoqonist 
mikroblardan istifadəni, yüksək məhsuldarlığı olan, xəstəliklərə davamlı siderat bitki-
lərindən istifadə edilməsini qəbul etmir.  
Hər hansı  ənənəvi təsərrüfatın «ekoloji təsərrüfat» adlandırılması onun bütün 
bioloji standartları necə yerinə yetirmə səviyyəsindən asılıdır. Məsələn, bəzi ənənəvi 
sistemlər bioloji heyvandarlığın tələbatları ilə (məsələn, kifayət qədər sahə və sərbəst 
hərəkət), torpaq eroziyasının qarşısını almaq üçün zəruri tədbirlərlə, meşələrin 
qırılması  və biokütlənin yandırılması (məsələn, biçmə  və yandırma sistemləri) ilə 
razılaşmırlar.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin