Амин Бабайев, Вцгар Бабайев


 İnteqrir istehsal sistemləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə96/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   92   93   94   95   96   97   98   99   ...   431
4. İnteqrir istehsal sistemləri  
İnteqrir istehsal (İİ) son illər, xüsusən keçid iqtisadiyyatı  şəraiti və  sənaye 
ölkələri üçün böyük əhəmiyyət kəsb edir. O, aqrokimyəvi vasitələrdən istifadəni rədd 
etmir, ancaq onların tətbiqini azaltmaq məqsədi güdür. Bitki mühafizəsində bionəza-
rət üsulları  və kimyəvi pestisidlərdən birgə istifadə olunur. Əgər zərərverici və 
xəstəliklərin vurduğu ziyan minimumu aşarsa, bu halda kimyəvi pestisidlər tətbiq 
olunur və bitkilərin qidalanması üçün sintetik gübrələrdən istifadə edilə bilər.  
 İİ-də nizamlamalar heç də həmişə aydın deyildir və ölkədən-ölkəyə çox dəyişir. 
Bir neçə  ölkədə inteqrir istehsal üçün ticarət markası və nəzarət sistemi vardır. Bəzi 
ölkələrdə inteqrir sistemlər «yaşıl istehsal» adlanır. 
Yuxarıdakıları nəzərə alsaq, demək olar ki, müştərək istehsal adi kənd təsərrüfatı 
ilə eyni yanaşma tərzinə malikdir, lakin məhsulun keyfiyyətinə və ətraf mühitə mənfi 
təsirlərin azaldılmasına çalışır. Bu, ekoloji kənd təsərrüfatının  ətraf mühiti tam bir 
sistem kimi başa düşmək məfhumundan çox uzaqdır. Bununla belə o, daha sağlam 
ətraf mühitin yaranmasına kömək edir və fermerlərin çoxu üçün bu şərtlərə  əməl 
edilməsi asandır.  
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin