113
Humuslu maddələr bitkilər üçün torpağın bir çox fiziki
xüsusiyyətlərini optimal-
laşdırır. Torpaqda üzvi maddələrin miqdarı çoxaldıqca bir o qədər də onun fiziki
yetişkənlik diapazonu genişlənir, yəni torpaq nəmliyin daha da geniş intervalında
becərilə bilər. Humusla zəngin
torpaqlar asan becərilir, kipləşməyə daha az məruz
qalır. Üzvi maddələrin yüksək tərkibi ilə fərqlənən bitişkən torpaqlara heç zaman rast
gəlinmir.
Torpaq humusu hidrofil kolloidlərin tipik xüsusiyyətləri ilə fərqlənir. O,
əhəmiyyətli miqdarda su udmaq qabiliyyətinə malik olduğu üçün torpağın su
saxlamaq qabiliyyətini artırır.
Torpaqda humusun vəziyyəti - münbitliyin kəmiyyətcə qiymətləndirilməsinin ən
mühüm göstəricisidir. Buna səbəb odur ki, humus özündə torpağın bir sıra xüsusiy-
yətlərini birləşdirməklə münbitliyin inteqral göstəricisi kimi çıxış edir. Humuslu
maddələrlə torpaq strukturunun profilinin xüsusiyyətlərində əks
olunan bitkilərin bir
çox həyat şəraitləri bağlıdır: humus profilinin gücü və zənginliyi, kənd təsərrüfatında
istifadəyə yararlığı, mühit reaksiyası, torpaq kütləsinin fiziki vəziyyəti, onun
biokimyəvi fəallığı və s. Odur ki, torpaqların humusunu
qiymətləndirərkən biz eyni
zamanda bir çox torpaq xüsusiyyətlərini də qiymətləndirə bilirik. Üzvi maddənin
müxtəlif kəmiyyət-keyfiyyət tərkibi torpaqda humusun vəziyyətini səciyyələndirir
(cəd.23).
Dostları ilə paylaş: