100 toyuq saxlamaq üçün tələb olunan sahə Cədvəl 61 Yaş, ayla
Tələb olunan sahə,
m
2
Su qabının həcmi, litr
Yem qabının
uzunluğu, m
2 8
1
1
2-4 8
10
2
5-11 8-15
20
4
12 20-30
25
5-7
12 və yuxarı 30
30
7
Sərbəst gəzinti və yarımsərbəst gəzinti şəraitində toyuqlar saxlandıqda ekofer-
manın gəzinti sahəsi hazırlanmalı və yaxud məftil-tor çəkilməlidir. Gəzinti sahəsi
toyuqların yumurtlaması üçün xüsusi yuvalar, su və yem qabları qoyulur.
Toyuqların gəzinti sahəsi eşələnmək üçün kül-qum vannaları ilə təmin edilir.
Toyuqları sərbəst gəzinti şəraitində saxlamanın xüsusiyyətləri Quşların sərbəst gəzinti şəraitində saxlanması ekoloji heyvandarlıq üçün ən
əlverişli üsuldur. Bu üsulla yalnız yerli toyuqlar saxlanılır. Üsulun əsas fərqləndirici
xüsusiyyətləri aşağıkılardır:
• Quşlar sərbəst gəzir və yemin müəyyən hissəsini özləri tapır.
• Əlavə verilən vitamin, zülal və mikroelementlərə, demək olar ki, ehtiyac qalmır.
• Quş damı məqsədi üçün çox sadə tipli tikililərdən istifadə etmək olar.
• Quşların saxlanmasında az məsarif tələb olunur, lakin yumurta məhsuldarlığı
aşağı olur. Bəzi yumurtalar gəzinti sahəsində itir.