255
• təsərrüfat vahidinə standarta müvafiq olaraq gətirilən kənd təsərrüfatı
məhsullarının mənşəyi, təbiəti və miqdarı;
• təsərrüfat vahidindən standarta müvafiq olaraq çıxarılan məhsullarının
təbiəti, miqdarı və yükü alanın ünvanı;
• hər hansı digər informasiya, belə ki, inqredientlər, əlavələr və emala
yardımçı vasitələrin mənşəyi, təbiəti və miqdarı və eləcə də
sertifikatlaşdırma orqanı tərəfindən əməliyyatları düzgün inspeksiya etmək
məqsədilə tələb edilən emal edilmiş məhsulların tərkibi.
3. Məhsulların standarta müvafiq olmadan emal edilib və yaxud saxlanıldığı
təsərrüfat vahidlərində müvafiq olaraq:
• təsərrüfat vahidinin əməliyyatlardan əvvəl və sonrakı müddətdə standarta
müvafiq olaraq istehsal edilmiş məhsulların saxlanması üçün bina daxilində
ayrıca yeri olmalıdır;
• əməliyyatlar davamlı olaraq standarta müvafiq olmadan istehsalla bağlı
oxşar əməliyyatlardan yer və zaman baxımından ayrı aparılmalıdır;
• əgər belə əməliyyatlar tez-tez baş vermirsə, onlar əvvəlcədən məlumat ver-
məlidirlər və sertifikatlaşdırma orqanı tərəfindən son tarix razılaşdırıl-
malıdır;
• hər bir tədbir partiyanın fərqləndirilməsini təmin etməlidir və bu standartaın
tələblərinə uyğun olmadan istehsal edilən məhsullarla qarışmaya yol
verməməlidir.
4. Sertifikatlaşdırma orqanı minimum ildə bir dəfə təsərrüfat vahidinin tam
inspeksiyasını həyata keçirməlidir. Bu standartda adları verilməyən məhsulların
analizi üçün nümunələr şübhə olan məqamlarda götürülə bilər. İnspeksiya olunmuş
təsərrüfatın cavabdeh şəxsin qarşılıqlı imzalamasından sonra inspeksiya hesabatı
yazılır. Zərurətdən asılı olaraq və yaxud təsadüfi seçim əsasında əlavə
xəbərdarlıqsız səfərlər edilə bilər.
5. Sahibkar sertifikatlaşdırma orqanına inspeksiya məqsədləri üçün təsərrüfata
sərbəst giriş imkanı və eləcə də yazılı hesablar və digər müvafiq təsdiqləyici
sənədlərı yoxlamaq imkanı yaratmalıdır. Sahibkar həm də inspeksiya orqanını
inspeksiya üçün zəruri olan hər bir informasiya ilə təmin etməlidir.
Dostları ilə paylaş: