253
d) torpaq sahəsində və ya yığım ərazisində standarta müvafiq olmayan məhsullar
üçün aparılan son tədbirlər;
e) sahibkarın hətta çətin vəziyyətlərdə belə standartda qeyd olunan tədbirləri
yerinə yetirəcəyi barəsində öhdəlikləri.
3. Hər il sertifikatlaşdırma qurumu tərəfindən təyin olunmuş tarixdən əvvəl sahib-
kar öz bitkiçilik və heyvandarlıq məhsullarının
istehsal qrafiki, torpaq sahəsinin
planı ilə sertifikatlaşdırma qurumunu tanış etməlidir.
4. Yazılı və sənədləşdirilmiş bütün hesablar qorunub saxlanmalıdır ki, sertifikatlaş-
dırma qurumu istifadə olunan bütün xammalın mənşəyini və kəmiyyətini və bu cür
materiallardan istifadəni təftiş edə bilsin. Bundan əlavə yazılı və sənədləşdirilmiş
hesablar saxlanmalıdır ki, istənilən vaxt satılan bütün kənd təsərrüfatı məhsulla-
rının mənbəyini, kəmiyyətini və göndərilməsini nəzarətdə saxlaya bilsin.
Birbaşa
istehlakçıya satılan məhsulun kəmiyyəti yaxşı olardı ki, gündəlik hesablamalar
əsasında aparılsın.
5. Hər bir heyvan individual şəkildə identifikasiya edilməlidir. Əgər bunlar kiçik
məməlilərdirsə və ya quşlardırsa, o zaman ya toplaşma və ya otlama xüsusiyyətlə-
rinə görə identifikasiya edilməlidir. Arılar isə pətəyinə görə müəyyənləşdirilmə-
lidir. Yazılı və sənədləşdirilmiş bütün sənədləşmələr qorunub saxlanmalıdır ki,
mal-qaranın və ya arıların sistem daxilində mütəmadi olaraq daşınmasına və
nəzarətdə olmasına və lazım gələndə audit məqsədilə yoxlama aparılmasına imkan
yaratsın. Sahibkar aşağıda qeyd olunan hesabatların təfsilatlı və yenilənmiş şəkildə
nəticələrini qoruyub saxlamalıdır:
a) heyvanların seleksiyası və mənşəyinin
müəyyənləşdirilməsi;
b) hər hansı alış əməliyyatının qeydiyyatı;
c) xəstəliklərin, zədələnmələrin və reproduktiv problemlərin qarşısının alınması və
idarəedilməsi məqsədilə tərtib olunan sağlamlıq haqqında plan;
d) hər-hansı bir məqsədlə istifadə olunan müalicə üsulları və dərmanlar, həmçinin
karantin müddəti və müalicə olunmuş heyvanların və ya pətəklərin identifikasiyası;
e) tətbiq olunan yem və yemin alınma mənbələri;
f) mal-qaranın təsərrüfat daxilində hərəkəti və arı pətəklərinin xəritədə qeyd
edildiyi kimi yem ərazisində hərəkəti;
g) daşınma, kəsim və/ya satış.
h) hər növ arı məhsullarının ekstraksiyası, emalı və saxlanması.
6. Sertifikatlaşdırma qurumu ildə ən azı bir dəfə təsərrüfatın tam inspeksiyasını öz
üzərinə götürür.
Məhsullardan nümunələr bu standartda siyahıda olmayan məhsulların
istifadə-
sindən şübhələndikdə götürülür. Hər inspeksiya aparıldıqdan sonra inspeksiya
hesabatları tərtib olunur.
Əlavə olaraq ehtiyac olduğu halda, qeyri müntəzəm, xəbərdarlıqsız
inspeksiyalar da aparılmalıdır.
254
Sahibkar sertifikatlaşdırma qurumlarına yoxlama aparmaq üçün,
saxlama və
istehsal ərazilərinə, ümumi torpaq sahəsinə baxış keçirmək üçün, həmçinin uçot-
hesabatlara və sənədlərə baxmaq üçün şərait yaratmalıdır.
7. Sahibkar həmçinin yoxlama aparmaq məqsədilə yoxlama aparan qurumu onun
üçün vacib hesab edilən hər hansı bir məlumatla təmin etməlidir.
8. Standarta əsaslanan və istehlakçı üçün son qablaşdırma mərhələsini keçməyən
məhsullar standarta müvafiq olmayan maddələrlə və ya məhsullarla çirklənmənin
və dəyişdirilmənin qarşısı alınaraq və buna təminat verilərək daşınmalıdır.
Qanuna
əsasən aşağıda qeyd olunan məlumatlar verilməlidir:
− istehsala və məhsulun hazırlanmasına cavabdeh olan şəxsin adı və ünvanı;
− məhsulun adı;
− məhsulun ekoloji statusa malik olması barəsində.
9. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə (paralel istehsal),
qeyri ekoloji üsullarla idarə edilən təsərrüfat da inspeksiya subyekti olmalıdır. Bu
istehsal vahidlərində fərqləndirilə bilinməyən sortlardan istifadə edilməməlidir.
10. Ekoloji heyvandarlıqda bütün heyvanlar bir yaxud oxşar istehsal vahidində bu
standartdan irəli gələn qaydalara uyğun saxlanılmalıdır. Bununla belə, bu standarta
uyğun olmadan saxlanan heyvanlar bu standarta uyğun olaraq saxlanan heyvan-
lardan aydın şəkildə ayrılmaq şərtilə ekoloji təsərrüfata gətirilə bilər.
11. Sertifikatlaşdırma orqanı qərar
verə bilər ki, standartın müddəalarına uyğun
olaraq saxlanmış heyvanlar adi otlaq sahələrində otarılsın, bir şərtlə ki:
a) bu sahədə ən azı son üç il ərzində müvafiq ekoloji standarta əsasən icazə verilən
maddələrdən başqa digər məhsullar istifadə edilməmiş olsun;
b) standartın müddəalarına müvafiq olaraq saxlanan heyvanlarla digər heyvanlar
arasında aydın ayrılma sistemi olsun.
Dostları ilə paylaş: