Müntəzəm illik ispeksiyalar • Təsərrüfatı sertifikatlaşdırılan sahəsində baş verən hər hansı dəyişiklik
haqqında sertifikatlaşdırma orqanı əvvəlcədən ətraflı məlumatlandırıl-
malıdır, ancaq bu cari ilin mart ayının 15-dən gec olmamalıdır.
• Standarta uyğunluğun tam yerinə yetirilməsinə əmin olmaq məqsədilə
ekoloji istehsal minimum ildə bir dəfə qiymətləndirilməlidir.
• Əgər ekoloji istehsal vahidində hər hansı dəyişikliklər varsa, növbəti illik
inspeksiyaya hazırlıq üçün Ekoloji İdarəetmə Planı təzələnməlidir.
• İllik planlaşdırılmış inspeksiyalardan əlavə, əvvəlcədən xəbərdar edilməyən
planlaşdırılmamış inspeksiya səfərləri də ola bilər. İnspeksiyanın nəticəsi
olaraq inspektor sertifikatlaşdırma orqanını hesabatla təmin edir. Hesabatda
standarla uyğunsuzluqlar və düzəliş fəaliyyətləri öz əksini tapır.
• İnspeksiya sahəsində Son İntervyu formasında nəticələrin qeyd edilməsi
haqqında sahibkarla olan razılaşmaya uyğun olaraq inspektor keçirilmiş
inspeksiyanın məlumatlarına əsasən həmin formanı doldurur və bu forma
inspektor və sahibkar, yaxud səlahiyyətli şəxs tərəfindən imzalanır.