10.6. Sertifikatlar və onların qiymətinin hesablanması
İnspeksiyanın nəticəsi hesabat formasında təqdim edilir. Hesabatın bir nüsxəsi
sertifikatlaşdırma orqanı tərəfindən sahibkar/müştəriyə təqdim edilir.
Hesabat əsasında sertifikatlaşdırma üzrə səlahiyyətli işçi heyət sertifikatlaş-
dırma haqqında qərar qəbul edir. Məhsula onun ekoloji üsullarla istehsal
olunduğunu sübut edən sertifikat verilir.
Ekoloji sertifikat üzərində məhsulun həcmi, sertifikatlaşdırılmış məhsulların
siyahısı və miqdarı göstərilir. Sertifikat 1 il müddətində qüvvədədir.
Sertifikat 2 orijinal nüsxədə çap olunur, onlardan biri sertifikatlaşdırma
orqanında saxlanır, digəri isə sahibkara verilir.
Əgər qiymətləndirmənin nəticəsi mənfidirsə, sertifikatın müddəti dayandırıla
bilər, yaxud geri alına bilər.
Sertifikatlaşdırma orqanı standartın tələblərinin və/yaxud sahibkarla sertifikat-
laşdırma orqanı arasında bağlanmış müqavilənin müddəalarının pozulmasından
asılı olaraq sanksiyalar sistemindən istifadə edir (sanksiyalar kataloqu çap olunur).
Sertifikat hər il yenilənir və ya pozitiv illik inspeksiyalara əsasən müddəti
uzadılır.