266
Əlavə 1
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin fərmanı
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında„ Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin
etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay
müddətində:
1.1. Qüvvədə olan qanunvericilik aktlarının “Ekoloji təmiz kənd təsərrüfatı
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırıl-
masını təmin etsin və bu barədə Azərbaycan Respublikası
Prezidentinə məlumat
versin;
1.3. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanunu-
nun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının
layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Həmin Qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş eyni vaxtda ekoloji
təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.5. Həmin Qanunun 10.6-cı maddəsində nəzərdə tutulmuş ekoloji
təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydalarını,
habelə ekoloji təmiz kənd
təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısını
müəyyən etsin və bu barədə Azərbayjan Respublikasının Prezidentinə məlumat
versin;
1.6. Həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd
təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) formasını və verilməsi
qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respblikasının Prezidentinə
məlumat versin;
1.7. Həmin Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd
təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma qaydalarını və akkreditasiya
orqanlarının funksiyalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublika-
sının Prezidentinə məlumat versin;
1.8. Həmin Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması qaydalarını və sertifikat-
ların nümunəvi formalarını beynəlxalq standartların tələbləri nəzərə alınmaqla
müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.9. Həmin Qanunun 15.6-cı maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi qaydalarını milli və beynəlxalq
267
standartların tələbləri nəzərə alınmaqla müəyyən etsin və bu barədə
Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.10. Həmin Qanunun 16.10-cu maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydasını müəyyən etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.11. Həmin Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması qaydalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.12. Həmin Qanunun 5.0.13-cü və 20.3-cü maddələrində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı“nın və 12.1-ci, 14.2-ci, 14.4-cü maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları“nın səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.13. Öz səlahiyyətləri daxilində “Ekoloji təmiz kənd təsərrüfatı haqqında,
Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan
Respublikası Qanununun 9.4-cü, 10.6-cı, 11.3-cü, 12.3-cü, 13.3-cü, 15.6-cı, 16.10-
cu və 17.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti
orqanları“nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Dostları ilə paylaş: