Амин Бабайев, Вцгар Бабайев


Maddə 8. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə337/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   333   334   335   336   337   338   339   340   ...   431
Maddə 8. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər 
8.1. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər aşağıdakılardır: 
8.1.1. ekoloji təmiz heyvandarlıq məhsulları istehsalı  və ilkin emalında ekoloji 
cəhətdən zərərsiz texnologiyalardan istifadə olunması; 
8.1.2. heyvanların çoxalmasında təbii üsullardan istifadənin genişləndirilməsi, 
xəstəliklərin qarşısının alınmasında tətbiqinə icazə verilən baytarlıq preparatların-
dan istifadə edilməsi; 
8.1.3. ekoloji təmiz kənd təsərrüfatında xəstəliklərə davamlı, yerli şəraitə uyğunlaş-
dırılmış yüksək məhsuldar heyvan cinslərindən istifadə olunması; 
8.1.4. biomüxtəlifliyin zənginləşdirilməsi və ekoloji təmiz kənd təsərrüfatında 
heyvandarlıqla bitkiçiliyin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi; 
8.1.5. heyvanların yemləndirilməsində ekoloji təmiz kənd təsərrüfatı subyekt-
lərində istehsal edilən yemlərdən istifadə olunması; 
8.1.6. yemlərə  əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran 
və ya təbii inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və 
yemləmə məqsədilə istifadəsinə yol verilməməsi; 


 
273
8.1.7. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində heyvanların profilaktikası  və 
müalicəsində, heyvandarlıq məhsullarının emalında və dövriyyəsində  tətbiqinə 
icazə verilən baytarlıq preparatları və digər vasitələrdən istifadə edilməsi. 
8.2. ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən 
heyvanların gətirilməsinə müvafiq baytarlıq-sanitariya qaydalarına  əməl etməklə 
aşağıdakı hallarda yol verilir: 
8.2.1. subyektin genişləndirilməsi üçün nəsil dəyişdirildikdə  və ya subyekt yeni 
heyvan cinsi üzrə ixtisaslaşdırıldıqda; 
8.2.2. təbii fəlakət və ya heyvanların kütləvi qırğını zamanı sürünün (naxırın) baş 
sayının bərpası həyata keçirildikdə; 
8.2.3. heyvanların çoxaldılması üçün törədicilərin dəyişdirilməsinə ehtiyac 
olduqda. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin