Амин Бабайев, Вцгар Бабайев


Maddə 4. Ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə333/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   329   330   331   332   333   334   335   336   ...   431
Maddə 4. Ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri 
4.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı ümumi prinsiplərə əsaslanır: 
4.0.1. istehlakçıların həyatını, sağlamlığını, təbii ehtiyatların və  ətraf mühitin 
mühafizəsini təmin edən sabit və balanslaşdırılmış aqroekosistemin yaradılması;  
4.0.2. kənd təsərrüfatı  işlərinin gedişində kimyəvi-sintetik (süni) maddələrin 
istifadəsindən imtina edilməsi, hər hansı çirkləndirici və potensial təhlükəli 
texnologiyaların tətbiqinin qadağan edilməsi; 
4.0.3. torpağın təbii imkanları ilə ekoloji təmiz kənd təsərrüfatının harmoniyasına 
şərait yaradan bitki növlərinin və sortlarının becərilməsi, həmçinin heyvanların 
səmərəli yetişdirmə  və  bəslənmə metodlarının seçilməsi yolu ilə biomüxtəlifliyin 
qorunması və artırılması; 
4.0.4. yerli şəraitə yüksək dərəcədə uyğunlaşma xüsusiyyətlərinə malik, xəstəlik və 
zərərvericilərə genetik davamlı bitki sortlarından istifadəyə  əsaslanan balanslaş-
dırılmış növbəli əkin sistemlərinin tətbiq edilməsi; 


 
270
4.0.5. bitkiçilikdə  və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların 
tətbiqi; 
4.0.6. qapalı təbii dövran üsulunu tətbiq etməklə torpağın təbii münbitliyinin daim 
sabit saxlanması  və yüksəldilməsi, bitkiçilik və heyvandarlıq sistemlərinin 
inteqrasiyası; 
4.0.7. ekoloji təmiz kənd təsərrüfatı  məkanında torpaqların təbii bərpasının və 
özünütəmizləmə proseslərinin stimullaşdırılması, torpaqda çirkləndiricilərin top-
lanmasını məhdudlaşdıran və onların torpaqdan bitkiyə keçməsinin qarşısını alan, 
su hövzələrinin və atmosferin çirklənməsi mənbəyini nəzarətdə saxlayan səmərəli 
texnologiyaların tətbiqi; 
4.0.8. ekoloji təmiz kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin könüllülük 
prinsipləri əsasında həyata keçirilməsi və genişləndirilməsi. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin