268
Əlavə 2
“Ekoloji Təmiz Kənd Təsərrüfatı Haqqında”
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin
və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı
münasibətləri tənzimləyir.
I FƏSİL
Ümumi maddələr
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. Ekoloji təmiz kənd təsərrüfatı - kimyəvi-sintetik (süni)
maddələr tətbiq
edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi,
habelə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı,
dövriyyəsi və sertifikatlaşdırılması;
1.1.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları - ekoloji təmiz kənd
təsərrüfatının tələblərinə uyğun istehsal və emal olunan, habelə satılan
məhsullar;
1.1.3. Ekoloji müşahidə - ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd
təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə
uyğun istehsal və emal edilməsini araşdırmaq, müşahidələr və təhlillər aparmaqla
məlumatlar hazırlayıb müvafiq orqanlara və təsərrüfat subyektlərinə təqdim etmək
üçün
fəaliyyət;
1.1.4. Ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma - ekoloji təmiz kənd
təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz
kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsi barədə ekoloji
müşahidə orqanının məlumatları əsasında sertifikatlaşdırma orqanı tərəfindən
həyata keçirilən
sənədləşdirmə proseduru;
1.1.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid (konversiya) dövrü - ənənəvi kənd
təsərrüfatı üsulundan ekoloji təmiz kənd təsərrüfatına keçməklə əlaqədar müvafiq
norma, qayda və tövsiyələrin tətbiqinə başlanmasından ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılmasına
qədər olan müddət;
1.1.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları - ekoloji
təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair
tələbləri müəyyənləşdirən normativ sənəd;
1.1.7. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı -
ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının nümayişi və satışının təşkili
məqsədi ilə onların etiketində nəşr və ya qrafik təsvir formasında
göstərilən nişan;
1.1.8. Aqroekosistem - kənd təsərrüfatı məhsullarının əldə olunmasında iştirak
edən torpaq sahələrini, tarlaları, heyvanları, meşələri,
təbii yem sahələrini, su
hövzələrini və insanları əhatə edən ekoloji sistem;
269
1.1.9. Genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələri - gen
mühəndisliyi metodlarının tətbiqi ilə yeni genetik kombinasiyaya malik canlı
orqanizmlər və onların təkrar istehsalından əldə olunmuş törəmə məhsullar.
1.2. Bu Qanunda işlədilən "ekoloji təmiz" anlayışı beynəlxalq qanunvericilikdə
işlədilən "bioloji", "üzvi" və "təbii" anlayışları ilə eyni mənanı ifadə edir.
Dostları ilə paylaş: