Etiketləmə, ticarət nişanı • Sertifikatlaşdırma orqanı ticarət nişanları, loqolar, ekoloji sertifikatlaşdırma
üzrə zəmanətlər və ekoloji etiketlənmə üzərində nəzarəti həyata keçirir.
• Standartın tələblərinin müvəffəqiyyətlə yerinə yetirilməsindən 12 ay sonra
əldə edilən sertifikatın üzərində məhsul haqqında “ekoloji təsərrüfatçılığa
keçid təsərrüfatında istehsal olunub” (Keçid dövrü sertifikatı) kimi sertifikat-
laşdırma orqanının adından zəmanət verilir. Heyvandarlıq təsərrüfatlarında
oxşar zəmanətdən istifadə edilmir. Yuxarıda qeyd edilən və oxşar zəma-
nətlər və həmçinin keçid dövrü sertifikatları sertifikatlaşdırma orqanının
qərarı ilə ancaq bitkiçilik təsərrüfatlarına verilir. Emal edilmiş məhsul əgər
tərkibi bir inqredientdən təşkil olunubsa, “keçid dövrü” kimi etiketlənə bilər.
• Etiketlərin, nəşrlərin və s. çapından/buraxılmasından əvvəl, sahibkar bunla-
rın istifadəsi haqqında sertifikastlaşdırma orqanından yazılı razılıq almalıdır.