Maddə 2. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 2.1. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Standartlaşdırma
haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsul-
ları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və onlara
uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Meşə bitkilərinin və vəhşi heyvanların istifadəsi, kənd təsərrüfatı məhsul-la-
rının kimyəvi-sintetik (süni) maddələrin tətbiqi ilə istehsalı, daşınması, saxlanması
və istifadəsi ilə əlaqədar münasibətlər Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə tənzimlənir.