Амин Бабайев, Вцгар Бабайев


Maddə 9. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili qaydaları



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə338/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   334   335   336   337   338   339   340   341   ...   431
Maddə 9. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili qaydaları 
9.1. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri ekoloji təmiz kənd təsərrüfatı  və 
ərzaq məhsulları istehsalına könüllü keçən və ya həmin məhsulların dövriyyəsi ilə 
məşğul olan və bu barədə müvafiq sənəd (sertifikat) almış hüquqi və fiziki 
şəxslərdən təşkil olunur. 
9.2. ekoloji təmiz kənd təsərrüfatı subyektləri iri sənaye mərkəzləri daxilində, 
zərərli tullantıları olan sənaye obyektləri və mərkəzi nəqliyyat yolları yaxınlığında 
yerləşməməli, bitkilərin və heyvanların təbii  şəraitdə yetişdirilməsi üçün ekoloji 
təmiz torpağa, suya, sağlam mal-qaraya və  əlverişli  əkinçilik  şəraitinə malik 
olmalıdır. 
9.3. ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili aşağıdakı qaydada həyata 
keçirilir: 
9.3.1. ekoloji təmiz kənd təsərrüfatı subyekti kimi fəaliyyət göstərmək istəyən hər 
hansı bir subyekt bu barədə ekoloji müşahidə orqanına müraciət etməlidir; 
9.3.2. ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün tələblərini yerinə yetirmək 
üçün öz üzərinə qanunvericilikdə  nəzərdə tutulmuş qaydada öhdəliklər götürməli 
və müvafiq tələblərə əməl etməlidir; 
9.3.3. ekoloji müşahidə orqanı  tərəfindən təsərrüfatda araşdırmalar, təhlillər və 
müşahidələr aparmasına lazımi şərait yaratmalı və bu orqanın tövsiyələrini yerinə 
yetirməlidir. 
9.4. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsal edən subyektlərdə 
eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalına 
bir qayda olaraq yol verilmir. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı 
üsulları ilə  məhsul istehsalı müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər. 
9.5. ekoloji təmiz kənd təsərrüfatı subyekti statusu almış  təsərrüfatlar istehsalı 
genişləndirmək və fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi ilə qanunverici-
likdə nəzərdə tutulmuş qaydada öz aralarında, müvafiq emal və satış subyektləri ilə 
kooperasiya əlaqələri yarada və müvafiq cəmiyyətlərdə və assosiasiyalarda birləşə 
bilərlər. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin