Sahibkarın öhdəlikləri haqqında əlavə məlumat • İnspeksiyanın təxirə salınması və ya ləğv edilməsi İnspeksiyaların qrafiki sahibkar və sertifikatlaşdırma orqanı arasında müzakirə
olunmalı və tərtib olunmalıdır. Əgər sahibkar inspeksiya qrafikini ləğv etmək,
təxirə salmaq və ya dəyişmək istəyərsə, o, səbəbi göstərməlidir və bu 30 gün əvvəl-
cədən edilməlidir. Əks halda sertifikatlaşdırma orqanına icazə verilir ki, inzibati
xərcləri ödəmək üçün bir inspeksiyanın qiymətində sahibkardan ödəniş tələb etsin.
• İnspeksiyanın vaxtından əvvəl dayandırılması Əgər inspeksiya keçirilən zaman sahibkarın təkidi ilə ləğv edilərsə, onun xərci
həmin inspeksiyanın qiyməti ilə sahibkar tərəfindən ödənilməlidir.
Sahibkar minimum aşağıdakılar üçün cavabdehdir:
• Standartlarların qaydaları və tələbatları ilə uyğunluq.
• Sertifikatlaşdırma orqanına və onun nümayəndələrinə sahibkarın ekoloji
istehsalı ilə birbaşa və dolayısı ilə əlaqəsi olan bütün sənədləşmələri
(maliyyə sənədləri daxil olmaqla), obyektlər və istehsal sektorlarını sərbəst
yoxlamağa icazə vermək.
• Ekoloji sertifikatlaşdırma sistemindəki bütün dəyişikliklər, yaxud ekoloji
istehsalın idarəedilməsi, mülkiyyətçilik, istehsal növü və s. daxil olmaqla
sertifikatlaşdırma prosesinə təsir edə biləcək hər hansı digər fəaliyyətlər
barədə sertifikatlaşdırma orqanını xəbərdar etmək.
• Standartın tələblərinin pozulması halında aşağıdakı fəaliyyətlər yerinə
yetiriləcəkdir: ekoloji sertifikatlaşdırma üzrə bütün zəmanətlərin dərhal geri
alınması, sahibkarın istehsalının və məhsullarının ekoloji statusu ilə bağlı
olan bütün etiketlərin, loqoların, sertifikatların və s. geri alınması və
istifadəsinin ləğv edilməsi,
• Sertifikatlaşdırma orqanını sertifikatlaşdirma və nəzarət sistemləri ilə əlaqəli
və sahibkarla sertifikatlaşdırma orqanı arasında müqaviləyə əhəmiyyətli
təsirə edə biləcək hər hansı informasiya ilə təmin etmək.
Sahibkar haqqında seretifikatlaşdırma prosesi zamanı əldə edilən bütün
informasiyanın məxfiliyi təmin edilir və müqavilə ilə nizamlanır.