256
olduğunu təsdiq edən sertifikata malik
olan hüquqi və ya fiziki şəxs, həmin
məhsulları ekoloji təmiz məhsul kimi sata bilər.
4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının
dövriyyəsi ilə məşğul olan
hər bir şəxs onların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışmamasına
və məhsulların spesifikliyinin qorunmasına məsuliyyət daşıyır.
5. Azərbaycan Respublikasında keyfiyyəti və təhlükəsizliyi milli standartların
tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan ekoloji
təmiz kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarıla bilər.
6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının
dövriyyəsi milli və
beynəlxalq standartların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.
Dostları ilə paylaş: